SON XƏBƏRLƏR

GünazTV April.25.2020: Amerika prezidenti sahibkarlara növbəti yardım üçün vəsait ayırdı.

2021.10.20, 07:36
GünazTV April.25.2020:   Amerika prezidenti  sahibkarlara növbəti yardım üçün vəsait  ayırdı.

Gunaz.tv

Amerika prezidenti  sahibkarlara növbəti yardım üçün vəsait  ayırdı.Iqtisadiyyatının açılması ərəfəsində hökumət bu addımı elə, ölkə  iqtisadiyyatının dirçəlməsinə yardım kimi dəyərləndirir. Ag evdə  sənədə imza atan president Tramp  coronovirusla mübarizədə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

İnteşum.

   Prezident bu günədək 5,1 milyon insanı test edildiyini dedi.Amma bu gün Amerika mətbuatının əsas müzakirə  mövzusu president Trampın dünən, dizinfeksiya maddələri ilə bağlı dedikləri oldu. Prezident xlor maddəsinin əldəki coronovirusu öldürdüyünü demişdi. Eyni zamanda Vətən Təhlükəsizliyi Administrasiyasının acıqlamasını şərh edərkən, ironiya ilə “bəlkə xloru qana vurmağın yolunu tapaq və bu yolla virusdan can qurtararıq” soruşmuşdu.Bu gün isə jurnalistlər prezidentdən həmən fikirlərinə açıqlama gətirməsini istədilər.    

“Yox, mən sənin kimi  jurnalistlərə görə sarkazımla danışdım. Görüm siz nə edəcəksiz. Xloru əldə işlətmək ağlabatandır və günəş şuaları da virusu bir neçə saata təmizləyə bilər. Amma mən bunları sarkazımla deyirdim. Otaqdakı reportuyorlara hesablanan sarkazımlı müraciət idi. Mən əlavə edirəm ki, xloru bədənə vurmaq bir sarkazımdır.”

Amerika prezidentliyinə demokrat partiyasından namizəd olan Joe Bayden də twitter üzərindən açıqlama edərək amerikalılara müraciət edib. “ Bunu demək məcburiyyətində qaldığıma inana bilmirəm, xahiş edirəm xlor  içməyin” . Amerikanın ən böyük dizinfeksiya madəlləri istehsal edən şirkəti də, bu gün Amerikalılara müraciət edərək, xahiş edirik bu maddələri içməyin deyib.   Amerikanın  qida və dərman  administrasiyası amerikalılalrın evdə özlərini test etməsini təstiqləyib.Administrasiyanın rəsmisi Stiven Han söylədi ki, qurum bu gün daha 63  test tipini razılıq verib.

Qənirə Ataş, GünazTV,Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar