GünazTV araşdırır: Güney Azərbaycan edam sayına görə İranda birinci yeri tutur

2021-03-26 15:00

İnsan haqları qurumlarının araşdırmalarına görə, İranda 2019-cu ilin oktyabrından 2020-ci ilin oktyabrına qədər ən az 256 nəfər asılaraq edam edilib.

Gunaz.tv Quote | Gunaz article

Edamların sayına görə, Güney Azərbaycan əyalətləri (Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin) ən az 56 edamla birinci yerdədir.

 

Qeyd edək ki, Güney Azərbaycan edam sayına görə, daha əvvəlki illərdə Əlborz əyalətindən sonra ikinci yerdə olduğu halda son ilin raportunda bu əyaləti arxada buraxaraq birinci yerdə qərar tutub.

 

İnsan haqları qurumlarının verdiyi hesabatda, edam olunanların 80 faizi qətldə, 7.4 faizi narkotik maddələrlə əlaqədar cinayətlərdə ittiham olunub. Cinsi ittihamlarla edam olunanlrar ümumi asılanların 5 faizini, təhlükəsizlik ittihamları ilə bağlı edamlar isə 3 faizini təşkil edir.

 

Bu bir haldadır ki, edam olunanların bir çoxu ədalətli və şəffaf məhkəmə prosesindən məhrum olublar.

 

Edam olunanların ittiham olduqları cinayətlərə baxdıqda, bunun arxasında getdikcə dərinləşən ictimai-psixoloji böhranın dayandığını görürük. Bu isə Azərbaycana qarşı tətbiq edilən ayrı-seçkiliyin başqa göstəricisidir.

 

İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanda insanlar arasında qarşıdurmanın artması, qətl və intihar hallarının çoxalması və s. kimi ictimai problemlərə səbəb olub . Bu problemlər Güney Azərbaycanın bütün əyalətlərində müşahidə olunur.

 

 

Azərbaycan əyalətlərində mərkəzi hökumət tərəfindən ən çox ayrı-seçkiliyə məruz qalan Qərbi Azərbaycan edamların sayına görə digər əyalətlərdən böyük fərqlə öndədir. Belə ki, Güney Azərbaycan əyalətlərində tətbiq olunan edamların 41%-i Qərbi Azərbaycan əyalətində baş verib.

 

Ü.F.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16