GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06 18:51

 “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

Gunaz.tv Quote | Gunaz article

 “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

 Amerika Birləşmiş Ştatları  İrana istiqamətlənən silah embarqosunun müddətinin uzadılmasına nail olacaq. Bu əminliyi Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi  Mike Pompeo bu gün keçirdiyi mətbuat konfransında bəyan etdi.  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına xüsusi layihə təqdim edəcəklərini xatırladan Pompeo, “Təklifimiz məqbuldur.Hər nə olursa olsun, doğru olanı edəcəyik” dedi. Xatırladaq ki, İrana tətbiq olunan silah embarqosunun vaxtı bitmək üzrədir.

“ Yəməndəki münaqişə İranın da diqqətini özünə cəlb edib. Yəni, İslam rejimi hutilərə qanunsuz olaraq  silah daşıyır. Bu səbəblə, Amerika gələn həftə BMT-yə  xüsusi müraciət göndərəcək və Təhlükəsizlik Şurasından bu embarqonu uzatmağı xahiş edəcək. Ortaya qoyduğumuz təklif son dərəcə məntiqlidir.BMT-nin missiyası, dünya ətrafında sülhü dəstəkləməkdir. Əgər Təhlükəsizlik Şurası  dünyada  terroru dəstəkləyən dövlətə silah almağa  icazə verərsə, onda onlar öz missiyalarını heçə saymış olacaqlar. Amerika uzun illərdir bu məsələni diplomatik yollarla həll etməyə çalışırdı.”

 Dövlət Katibinin barəsində danışdığı layihə indi  müzakirə mövzusudur.Tehranla  2015 ildə  imzalanan, lakin Tramp administrasiyasının geri çəkildiyi  nüvə razılaşması  ilə,  İrana tətbiq  edilən   silah embarqosunun müddəti oktyabrın 18-də bitir. Amerikanın  hazırladığı layihənin 15 üzvü olan Təhlükəsizlik Şurasında qəbul edilməsi üçün ən azı  doqquz səsə ehtiyac var.Şuranın üzvüləri olan  Çin və Rusya veto qoyacağını bildirib. Birləşmiş Ştatlar  silah embarqosunun uzadılmaması durumunda, İrana istiqamətlənən digər məhdudiyyətlərin  də  qüvvəyə minəcəyini xəbərdar edib. Diplomatlar, Amerikanın embarqonun tətbiqi üçün çətin bir mərhələdən keçdiklərini bildirir .Bu durumda, rəsmi Vaşinqtonun Təhlükəsizlik Şurasına   şikayət etməsi gərəkir. Təhlükəsizlik Şurası da 30 gün içində İrana istiqamətlənən embarqoların  səsverməyə çıxarmalıdır. Çin və Rusya təbii  İranı qorumağa çalışır.Amerika isə həm də bu iki dövlətlə mübarizə aparır.

 Mike Pompeyonun digər hədəf  nöqtəsi elə  Çin oldu. O, da prezident Tramp kimi Çin məhsulu olan TikTok proqramının Amerika üçün təhdid olduğunu dedi. 

“TikTok və WeChat kimi  proqramlar  Amerika vətəndaşlarının şəxsi məlumatlarına qarşı  ciddi təhdiddir.Təhlükəli olan proqramların Birləşmiş Ştatlardakı  mobil  tətbiq  mağazalarından çıxardılmasını istəyirik.”

Xatırladaq ki,  Microsoft  TikTok-u satın almaq üçün danışıqlara başlamışdı, ancak Prezident  Trampın bunu məqbul saymadığı bildirilir.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17