GünazTV Aug.13.2020: “Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

2020-08-13 18:33

“Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

Gunaz.tv Quote | Gunaz article

 Amerikadakı məktəblərə  125 milyon maska göndərilir.”

     Amerika prezidenti Donald Tramp ölkədə məktəblərin açlıması üçün fikirlərini hələ də qoruyur. Prezident bu gün məhz bu mövzu ilə bağlı açıqlama edərək, məktəblərdə təhsilin əvvəlki qaydada aparılmasının çox vacib olduğunu dedi. Prezident söylədiki  məktəblərin açılmasında maraqlı olmayan qüvvələr  təhsilə ayrılan vəsaiti girov götürüblər. Prezidentin fikirincə evdə oturmaq bir tərəfdən sağlamlıq olsa da digər tərəfdən yetişən insanlara böyük zərər vurur.

“Biz araşdırmışıq ki, virtual təhsil sinifdəki təhsillə eyni nəticəni vermir. Biz bunu araşdıran tək ölkə deyilik. Hətta şagirdlər də bunu ediblər. Problem ondadır insanlar uzun zaman düşündülərki, online təhsil almaq bizə kömək edə bilər. Amma bu belə olmadı  və bu səhvdir.Biz şagirdləri sinif otaqlarına və məktəblərə qaytarmalıyıq.”

  Məktəblərə, virusla bağlı təhlükəsizliyi qorumaq üçün 125 milyon təkrar istifadə edilə bilən  masqa göndəriləcək.Eyni zamanda əyani təhsilə keçən məktəblərdə Xəstəliklərə Nəzarət və Qarşısını Alma mərkəzlərindən nümayəndələr göndəriləcəyini açıqladı. Tramp  hakimiyətnin  üz-üzə təhsilə başlayacaq məktəblər üçün tövsiyyələridə var.

    Şagird,müəllim və işçilər  virusla bağlı hər hansı bir simptom hiss etdikdə əmin olunması davranışları var.Onlar hər səhər məktəbə gəlmədən əvvəl  öz  sağlıq durumlarını nəzarət  etməlidirlər. Simptom hiss edilərsə həkimə gedilməlidir. Məktəbdə isə tez-tez əllər yuyulmalıdır.Məktəblərin xüsusi toplantıları qapalı deyil, açıq  məkanlarda olmalıdır. Siniflərin havalandırma sistemi yüksək səviyyədə olmalıdır.Məktəblərdə sosial məsafə qaydalarına əməl edilməlidir. Prezidentin köməkçisi Mayk Pens də açıq dedi ki,onların bir məqsədi var. O da yeni dərs ilində məktəbləri əvvəlki qayda ilə açmaq.

“Prezidentin indiki və həmişəki məqsədi məktəbləri təhlükəsiz açmaqdır. Bu səbəblə biz konqresin bizimlə işləməsini istəyirik. Biz 105 milyard dollarlıq razılaşmanı imzalamalıyıq.Çünki bu razılaşma Amerikadakı məktəblərin açılmasına kömək edəcək. Biz məktəbləri açacağımıza inanırıq.Bu uşaqlar üçün də ən yaxşı seçim olacaq” 

    Amerikada seçki tarixi yaxınlaşdıqca prezidentliyə namizədlərin xalqa verdiyi vədlər də çoxalır. Prezident Tramp bu gün onu da vəd verdi ki,  əgər  seçkini qazanarsa  əmək haqqı  vergisinin tətbiqini tamamilə dayandıracaq. Tramp, Demokratlar və Ağ Ev arasında düyünə düşən  coronavirus  yardım paketi ilə bağlı danışıqlara ümid etmir. O, Konqresin Təmsilçilər Məclisindəki Demokratların lideri Nancy Pelosi və Senatodakı Demokratların lideri Chuck Schumerin ‘‘Amerika xalqını əsir tutduğunu’’ deyib. Lakin bununla belə, prezident Tramp xalqa dəstək olmaq üçün bütün danışıqları aparacağını vəd verir.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezident: Dağlıq Qarabağdakı ermənilər əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək

2020-10-22

gun az article

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

2020-10-22

gun az article

Prezident: “Əgər Ermənistan əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq”

2020-10-22

gun az article

Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur"

2020-10-22

gun az article

Ruhani: “Amerikada hər kəs prezident seçilsə İran millətinin qabağında baş əymək məcburiyyətində qalacaq”

2020-10-22

gun az article

İranda daha 304 nəfər koronavirusdan ölüb, 5471 nəfər xəstəliyə yoluxub

2020-10-22

gun az article

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

2020-10-22

gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20