GünazTV Aug.15.2020: “BMT Amerikanın təklifinə yox dedi. Birləşmiş Ştatlar isə İran tenkerlərini həbs etdiyini açıqladı”

2020-08-15 18:52

“BMT Amerikanın təklifinə yox dedi. Birləşmiş Ştatlar isə İran tenkerlərini həbs etdiyini açıqladı”   

Gunaz.tv Quote | Gunaz article

“BMT Amerikanın təklifinə yox dedi. Birləşmiş Ştatlar isə İran tenkerlərini həbs etdiyini açıqladı”   

Amerika Birləşmiş Ştatları, İrandan Venesuellaya neft  daşıyan 4 tankeri, Tehrana istiqamətlənən embarqoları pozduğu səbəbiylə həbs etdiyini açıqladı. Xatırladaq ki, İrana məxsus içi neftlə dolu olan Luna, Pandi, Bering və Bella adlı  4 tanker  açıq dənizdə  saxlanılmışdı. İran hakimiyyəti  tankerlərlərin onlara məxsus olduğu iddialarını rədd etməyə çalışsa da bu inandırıcı görünmür. Amerika Prezidenti Donald Tramp, həbs qoyulan tankerlərin, Texas ştatındakı neft sənayesinin mərkəzi olan  Hyustona aparıldığını açıqladı. Tramp, İranın Venesuellaya kargo göndərməməsini bir daha xəbərdarlıq etdi. Amerikanın Ədalət Nazirliyi isə  “xarici  ortaqların köməyilə” həbs edilən  dörd tankerdə 1 milyon barel neft olduğunu açıqladı.Bu Amerikanın bugünədək ələ keçirdiyi ən çox  İran nefti olduğunu bildirdi.Amerikanın Xarici İşlər nazirliyinin  açıqlamasında da “İran üzrə  xüsusi Təmsilçisi Brian Hookun apardığı   diplomatiyamız  həm neft  daşınmasını əngəllədi, həm də Ədalət və Daxili Təhlükəsizlik nazirlərimizin həbs

etmə əmrini yerinə yetirməsini təmin etdi” deyildi. Açıqlamada, "Bizim embarqolarımızın tətbiqi  səbəbiylə  daha çox beynəlxalq nəqliyyat dəhlizinin  İran-Venesuella ilə ticarətindən yayındığını görürük. Amerika, İran və Maduro rejimlərinə qarşı maksimum təzyiq  kampanyasını davam etdirəcək. " Sitatın Sonu.

Hələlik Amerika hakimiyyəti İrana məxsus neft tankerlərinə hansı sularda və hansı şəraitdə həbs qoyulduğuna dair  açıqlama etməyib. Həftənin əvvəlində istefa verdiyini aşıqlayan  İran Üzrə Xüsusi nümayəndə  Brian Hookun attığı adımlarla bağlı da məlumat verilmir.

Xatırladaq ki, Amerikada prokurorluq İranın Venesuellaya neft göndərdiyi 4 tankerə həbs qoymaq üçün məhkəməyə müraciət etmişdi.Reuters xəbər agentliyinin məlumatına görə, gəmilərə Amerika sularına girmədən həbs edilməyəcəyi deyilmişdi. Bu gün o da məlum oldu ki tankerlər, Yunanistanın   Vienna LTD və Palermo SA  adlı  şirkətlərinə aiddir.

Amerikanın İran siyasəti ilə bağlı digər xəbər BMT-nin Təhlükəsizlik Şurasından gəldi. İrana qarşı silah embarqosunun müddətsiz uzadılması ilə bağlı Amerika hökumətinin təklifini Təhlükəsizlik Şurası rədd edib. Rusiya və Çin əvvəldən gözlənildiyi kimi, Amerikanın təklifinə yox deyiblər.Domnikan Birləşmiş Ştatları dəstəkləyib. Şuranın digər üzvüləri, Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələr bitərəf qalıblar. Amerikanın Dövlət Katibi Mayk Pompeyo isə BMT-nin dünyadakı missiyasını xatırladıb. Onlar dünyada sülhü qorumalıdırlar. Lakin BMT bu gün qurumun fundamental funksiyasına qarşı oldu.Sitatın sonu.  Amerikanın BMT-dəki səfiri Kelly Kraft isə deyib ki, nə olursa olsun, Amerika dünyaya verdiyi sözün üzərində dayanacaq və İrana qarşı  silah embarqosunun tətbiqinə nail olacaq. Xatırladaq ki, İrana qarşı silah embaqrosu oktyabrın 15-də başa çatır. Amerika Birləşmiş Ştatları kəşfiyyat məlumatlarına əsaslanaraq iddia edir ki, əgər İrana qarşı silah embarqosu tətbiq edilməzsə rəsmi Tehran bütün növ silahları əldə edərək, dünya ətrafına, o cümlədən yaxın Şərqdə terrorçuları silahlandırmaqda davam edəcək.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23

gun az article

İranda daha 335 nəfər koronavirusdan vəfat edib, 6134 nəfər “Covid-19”a yoluxub

2020-10-23