GünazTV Aug.17.2020: “Amerikanın Dövlət Katibi Türkiyənin Xarici İşlər Naziri ilə görüşdü.”

2020-08-17 17:30

 “Amerikanın Dövlət Katibi Türkiyənin Xarici İşlər Naziri ilə görüşdü.”         

Gunaz.tv Quote | Gunaz article

 “Amerikanın Dövlət Katibi Türkiyənin Xarici İşlər Naziri ilə görüşdü.”         

   Şərqi Avropa ölkələrindən sonra Dominikana səfər edən Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeyo burda, Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu ilə görüşüb. Çavuşoğlu, Twitter hesabından etdiyi  açıqlamasında iki tərəfli münasibətlərdə  Aralıq dənizi, Liviya və Suriya kimi mövzuları müzakirə etdiklərini deyib.Çavuşoğlu ''Yunan-Rum münasibətlərinin təxribatçı addımları qarşısında ölkəmizin və Kıprız Türklərinin haqqlarını qorumağa davam edəcəyik'' paylaşımını edib. Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo isə  Twitter  üzərindən etdiyi açıqlamada  deyib ki, Çavuşoğlu ilə danşıqlarda Aralıq dənizində artan gərginliyin azaldılmasına diqqət çəkib. Pompeyo ilə görüşdən sonra mətbuat konfransı keçirən Türkiyənin Xarici İşlər Naziri danışıqların bəzi detallarını açıqladı.

 “Xəritə üzərində Türkiyənin Aralıq dənizindəki mövqeyi, həm Kıbrıs mövzusunda  həm də geniş  mənada, Aralıq Dənizində baş verənlər  və təbii ki, Türkiyənin bu müddətdəki addımlarını xatırlatdıq. Türkiyənin buradakə mövqeyini, haqlı davasını  başa saldıq. Yunanıstan çirkin təbliğat aparır.Bizim addımlarımız isə beynəlxalq hüquqa söykənib.Əlbəttə bütün olanlara rəğmən biz  diyaloq tərəfdarıyıq”.

  Avropa Birliyinin  Xarici Siyasət rəhbəri Joseph Borell ilə Avropa Birliyi ölkələrinə göndərilən  məktubların bir  nüsxəsini Amerikaya da göndərmişik deyən Mövlud Çavuşoğlu, Pompeonun son  baş verənlərlə bağlı məlumatlı olduğunu da söylədi. İki ölkənin xarici işlər nazirləri  bölgə ilə bağlı mövzuları da müzakirə ediblər. Türkiyənin Xarici İşlər Naziri, Amerikada  Demokrat Partiyasından Prezidentliyə namizəd olan Joe Baydenin Türkiyə ilə bağlı dediklərinə də cavab gəlib. Çavuşoğlu Baydenin  ifadə etdiyi ‘‘hökumət ünsürləri’’ termini üzərində xüsusi dayandı.

“Türk hökumətinin ünsür deyə qiymətləndirilməsi inanılacaq bir şey deyil.Kürd kökənlilərin məclisə girmələrinə dəstək olduq kimi, həddini aşan cümlələr  də vardır.Biz bu ölkədə Qurtuluş Savaşını, Çanakkala  döyüşünü  Kürd qardaşlarımızla birlikdə qazanmışıq. Kürd qardaşlarımız   məclisimiz ilk qurulanda da var idi. Onların Kürd sözündən başa düşdükləri  terrorçular- yəni PKK və YPG-dir.Təbii ki, Kürdlərə bu ölkədə hər yerdə məclisdə, dövlətdə, hökumətdə,  hər yerdə yer var. Amma  bu ölkədə terrorçulara  yer yoxdur”  

Baydenin muxalifətə  dəstək verərək Prezident Rəcəb Tayyib Ərdoğanı dəyişdirmək lazımdır  barədə dediyi fikirlərə diqqət çəkərək  ‘‘Mən bunu başa düşürəm. Çevrilişlə yoxladılar olmadı,indi də taktik və yöntəm dəyişdirilər.’’deyib. Joe Baydenin hələ 2014-cü ildə  Türkiyə ilə bağlı dediklərindən sonra üzr istədiyini xatırladan Türkiyənin xarici İşlər Naziri,deməli o zamanki timsah gözyaşları imiş dedi.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19