GünazTV Aug.25.2020: Adətən Azərbaycanın müstəqilliyi Amerika Birləşmiş Ştatlarında geniş şəkildə qeyd olunurdu

2020-08-25 18:15

Adətən Azərbaycanın müstəqilliyi Amerika Birləşmiş Ştatlarında geniş şəkildə qeyd olunurdu

Gunaz.tv Quote | Gunaz article

 Artıq üçüncü aydır Vaşinqtonda yerləşən Amerika-Azərbaycan ticarət palatasının üzərində  dalğalanan  iki ölkənin dövlət bayrağı bu gün götürüldü. Ticarət palatasının icraçı direktoru Natiq Baxışov dedi ku, onların Vaşinqton Kolumbiya əyalətindən aldıqları icazə məhz bu gün bitirb. Vaşinqtonun  Georgia Toun kücəsi tarixi olması baxımından  turistlərin və şəhər əhalisinin ən çox ziyarət etdiyi yerlərdir. Düzdür pandemiya dönəmində bu küçədə də sakitlik nisbətən höküm sürdü. Lakin turistsiz qalmadı. Küçənin Azərbaycan ücün əhəmiyyəti həm də iki ölkənin münasibətlərində önəmli rol alan Amerika-Azərbaycan ticarət palatasının yerləşməsidir. Palatanın 25 illik fəaliyyəti dönəmində qapıda hər zaman Azərbaycan bayrağı dalğalanmışdı. Bu il, fərqlilik hər iki ölkənin nəhəng bayraqlarının yanaşı dalğalanmasında oldu. 

  “Adətən Azərbaycanın müstəqilliyi Amerika Birləşmiş Ştatlarında geniş şəkildə qeyd olunurdu.Bu il pandemiya ilə bağlı tədbirlər olmadı. Biz də düşündük 28 mayı necə qeyd edə bilərik. Bu ideya yarandı. Bayraqların asılması üçün icazənin alınması da asan olmadı. Vaşinqton Kolumbiya əqaləti hökuməti bu icazəni bizə verdi və bu gün də müddət bitdiyinə görə bayraqları götürəcəyik. Düşünürəm yaxşı ənənə yarandı və hər il 28 mayda biz bayraqlarımızı bu binanın üzərində dalğalandıracağıq.”

 Bəs Amerikalıların və turistlərin Azərbaycan bayrağına marağı necə olub? Ticarət palatasının icraçı direktoru Natiq Baxışova görə, bayraqların 3 ay boyunca dalğalanması ölkənin tanıtımında da  rol alıb.

“Hər gün bu küçədə insan axını çox böyük olur. Hər dəfə siz Azərbaycan sözünü eşidə bilərsiz. Ya bayraqlara baxırlar, bina özü də kifayət qədər tarixi və böyük bir binadır.Hətta dəfələrlə olub, qapını döyüb içəri girib tanış olmaq istəyiblər. İçəridə, ofisdə oturarkən küçədə gedən söhbətlərdən də Azərbaycanın nə dərəcədə onlar üçün maraqlı olduğunu eşitmək olur.”   

     Amerika Azərbaycan Ticarət Palatasının tərkibində yerləşən Azərbaycan Mədəniyyət mərkəzindəki Azərbaycan xalçalarınınn nümayişi də bitmək üzrədir. Xatırladaq ki, ötən ilin noyabr ayından Azərxalça ilə imzalanan sənədə əsasən, 55 Azərbaycan xalçası Amerika paytaxtına gətirilib.

“Bizim gözləntimizin əksinə olaraq xalçaların bir qismi də artıq satılıb.20-dən artıq xalça satılıb. Bu da bizim xalçalara verilən qiymətin göstəricisidir. Bu xalça sərgisinin əsas mahiyyəti o idiki Azərbaycanlı məcburi köçkün icmasının olması barədə məlumat verək.Xalçaların böyük əksəriyyəti məcburi köçkün xanımlar tərəfindən  toxunulub. Hər dəfə kimsə xalçanı alanda təbii biz onların hekayəsi barədə danışırıq burda”

Ticarət palatası gələcəkdə də bu tipli proyektləri davam etdirməyi planlaşdırır. Düşünürlər ki, Azərbaycanın üzləşdiyi Ermənistanın işğalçı siyasəti dünyaya tanıtmaq üçün məhz, bu tipli mədəni addımlar vacibdir.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19