GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02 19:42

“Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

Gunaz.tv Quote | Gunaz article

“Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi  

  Ermənistanın Azərbaycan torpaqları üzərində 30 ilə yaxındır sürdürdüyü işğalın böyük hissəsi nəhayət bitdi. İşğalçı  Ermənistan qoşunlarınını Laçından çıxması ilə Azərbaycanlılar böyük sevinc yaşadılar. İnsanlar  Bakıda və dünyanın fərqli yerlərində bu işğalın bitişi üçün bayram etdilər. Azərbaycan Prezidentinin xalqa müraciətində isə Vətən Müharibəsinin bəzi detalları açıqlandı. Məsələn Laçının boşaldılması zamanı Laçın şəhərinin Rusiya sülhməramlılarının nəzarətində qalmas sullar yaratsa da İlham Əliyevin cavabı açıq aydındır.

“İlham Əliyev, Azərbaycan Prezidenti: Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.”

Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan razılaşmadan sonra Xankəndi və ətrafdakı rayonlara ermənilərin qayıtması  azərbaycanlılarda bir sıra suallar yaratmışdı.Prezident bu məsələyə əsaslandırılmış cavab verdi.

“Ilham Əliyev, Azərbaycan Prezidenti -Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat. Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik.”

Vətən Müharibəsinə həsr olunmuş sonuncu müraciətdə o da bəlli oldu ki, Noyabrın 10-da imzalanan razılaşmanın şərtlərinə ümumilikdə əməl edilib. Düzdü ermənilər  arada atəşkəsi pozsalar da cavablarını alırlar. İndi önəmli məsələlərdən biri də, Rusiya sülhməramlılarının nəzarəti altında olan  ərazilərə azərbaycanlıların qaydışıdır. Buda mümkün olacaq. Bu məsələyə hətta BMT nəzarət edəcək. Azərbaycanın regoinda iqtisadi və siyasi dialoqlara açıq olduğunu deyən Azərbaycan lideri  Ermənistana açıq mesaj göndərdi. Regonda davamlı sülh iqtisadi inkişafa aparacaq. Ermənistan bir çox işlər üçün gecikib. Lakin  hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!Sitatın sonu. 

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Miyana bölgəsində zəlzələ baş verib

2021-01-17

gun az article

Heyran gədiyində meşə yanğını davam edir+video

2021-01-17

gun az article

Bu gün axşam azərbaycanlı siyasi dustaq Yusif kariyə dəstək üçün Twitter fırtınası başladılacaq

2021-01-17

gun az article

İran Daxili İşlər Nazirliyi qeyri-fars yazılarla bağlı sərəncam yayıb

2021-01-17

gun az article

Ərdəbildə siyasi məhbusa dəstək: siyasi məhbus aclıq aksiyası keçirir

2021-01-17

gun az article

GünazTV Jan.16.2021 : Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

2021-01-16

gun az article

Güney Azərbaycanın bir sıra bölgələrində kaneks məktəbləri külək üçürüb+video

2021-01-16

gun az article

Qəzvində azərbaycanlı məhbus edam edilib

2021-01-16

gun az article

Bələdiyyə başçısının həbsindən sonra Urmu şəhərinin fərmandarı işdən çıxarıldı

2021-01-16

gun az article

14 il həbsə məhkum edilən azərbaycanlı məhbus: Kəşfiyyat idarəsi İranın məhkəmə sistemini girov götürüb+səs

2021-01-16

gun az article

Edama məhkum edilmiş azərbaycanlı alimin anası oğlunun günahsız olduğunu deyir

2021-01-16

gun az article

Milli fəal quru aclıq aksiyası keçirəcəyini deyib

2021-01-16

gun az article

GünazTV Jan.15.2021-Azadlıq səsi: Güney Azərbaycanın durumu

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Körpü: Moskvada Üçlü Görüş və Qarabağın Gələcəyi, Qarabağ Savaşının Güney Azərbaycanlı Məhkumları

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Paylaşım programı, 22-ci Bölüm.

2021-01-15

gun az article

Marağada iki azərbaycanlı fəalla qarşı cinayət işi açılıb

2021-01-15

gun az article

Human Rights Watch Güney Azərbaycan milli fəallarına qarşı basqıları pisləyib

2021-01-15

gun az article

Qızıl mədənləri yanında içməli suyu olmayan Azərbaycan kəndləri

2021-01-15

gun az article

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

2021-01-15

gun az article

Təbriz və Ərdəbil həbsxanalarında 3 nəfər edam edilib

2021-01-15