GünazTV Dec.03.2020 : Coronovirus dünyanı yenidən silkələyir.

2020-12-03 19:37

Coronovirus dünyanı yenidən silkələyir.

Gunaz.tv Quote | Gunaz article

Coronovirus dünyanı yenidən silkələyir.Şərqdən qərbədək dünyanın fərqli nöqtələrində virusa  yoluxanların sayında artım var. Amerikanın Xəstəliklərə Nəzarət və qarşısını alma mərkəzi olan   CDC  virus daşıyan insanla  təmasda olmuşlarla bağlı  qarantin  müddətini qısaldıb. Bundan sonar virusa yoluxmuş insanla təması olanlar, test nəticələrinin neqativ çıxması durumunda  7 və ya 10 gün sonra normal fəaliyyətə başlayacaqlar. Əvvəllər bu müddət  14 gün idi. Johns Hopkins Universitetinin açıqlamasına görə, Amerika Birləşmiş Ştatları miqyasında Coronavirusa bağlı olan ölümlər 270 mini keçib.Vaka sayının 13 milyonu keçdiyi 1 dekabr tarixində 2 min 597 insanın həyatını itirməsiylə toplam can itkisidə 270 min 369 elan edildi. Hadisələrin əvvəlindən daha çox insan itirən  Nyu York hələdə birinci sıradadır.İtkilərə görə ikinci yerdə Texas,sonar isə  California, Florida və New Jersey əyalətləri gəlir. Illinois, Massachusetts və Pennsylvania isə 10 mindən çox insanın həyatını itirdiyi ştatlar arasındadır. Amerika  hələdə  coronovirusa görə ən çox zərər görən ölkədir. Qlobal sayda ölümlərin yüzdə 18-dən çoxu Amerikada yaşandı. Amerikada xəstəxanalara müraciət edənlərin sayında da oktyabrdan etibarən yüksəliş var. COVID izləmə layihəsi Twitter hesabından açıqlayıbki, qarşıdakı bir neçə gündə virusla bağlı xəstəxanaya müraciət edənlərin sayı 100 minə çatacaq. Mütəxəsislər hətta dekabr ayında Coronavirusa bağlı olan ölümlərin sayının daha yüksək rəqəmlərə çatacağını proqnoz edirlər. Amerikada Moderna şirkətinin hazırladığı  vaksin isə 97 faiz virusa qarşı dayanıqlı göstərilsədə hələlik tətbiqinə başlanılmayıb. Böyük Britaniya isə covidə qarşı peyvəndini təstiqlədi və qısa zamanda əhaliyə dağıdılacaq. Fransa   peyvəndləmə prossesinə apreldən başlamağı düşünür. Türkiyə isə koronavirus infeksiyasına qarşı peyvəndin tətbiqinə dekabrın 11-də start veriri. Çin istehsalı olan vaksin ilk növbədə tibb işçiləri və 65 yaşdan yuxarı ölkə vətəndaşara vurulacaq. Azərbaycanın şimal qonşusu olan Rusya isə əlində olan peyvəndi elə bu ay əhaliyə çatdırmağı düşünür. Azərbaycanda da COVİD-ə yoluxan xəstələrin sayı sürətlə artır. Ehtimal olunurki, Vətən Mübaribəsindən sonra qələbə sevinci yaşayan xalq, küçələrdə kütləvi toplantılar təşkil etdiyi üçün virusa yoluxmada artım var. 4170 yeni yoluxma faktından 1985 nəfəri müalicə  olunaraq sağalıb.Lakin ölüm də var. Son sutkada 38 nəfər "COVID-19"dən vəfat edib.Hökimət  vəziyyəti nəzarətdə saxlamaq üçün məhdudiyyətlər tətbiq edir.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək – FOTOLAR

2021-01-17

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 6 016 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-17

gun az article

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq

2021-01-17

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

2021-01-17

gun az article

"Spikerimiz Mirzoyan türklərin agentidir" – Minasyan

2021-01-17

gun az article

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

2021-01-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

2021-01-17

gun az article

ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib

2021-01-17

gun az article

Kəlbəcərin Hacıkənd kəndinin - GÖRÜNTÜLƏRİ - VİDEO

2021-01-16

gun az article

Amerika İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 7 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

2021-01-16

gun az article

İranda koronavirusdan daha 96 nəfər vəfat edib, 6 100 yeni növ “Covid-19”infeksiyasına yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-16

gun az article

İran ABŞ-la gərginliyin artması fonunda balistik raket təlimləri keçirir

2021-01-16

gun az article

İranda 5,5 bal gücündə zəlzələ olub

2021-01-16

gun az article

Kafe-restoranlar açılır

2021-01-16

gun az article

SMS-icazə ləğv olunur

2021-01-16

gun az article

Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq

2021-01-16

gun az article

Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Fotolar və VİDEO

2021-01-16

gun az article

"WhatsApp" qalmaqallı müqavilə yenilənməsini təxirə salıb

2021-01-16

gun az article

GünazTV Jan.15.2021 : “Amerikanın yeni Prezidenti Coe Bayden 1,9 triliyon dollarlıq yardım paketini açıqladı”

2021-01-15

gun az article

“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar

2021-01-15