“İran Amerika ilə hədə dili ilə danışdı, Birləşmiş Ştatlar isə hələlik səbirlə diplomatiya deyir”
Gunaz.tv
“İran Amerika ilə hədə dili ilə danışdı, Birləşmiş Ştatlar isə hələlik səbirlə diplomatiya deyir”
İranın dini lideri Ayətullah Əli Xamaneyi, 2015 nüvə razılaşmasını canlandırmaqla bağlı Amerika Birləşmiş Ştatlarına mesaj göndərib. O, Amerika "söz deyil addım atmalıdır" deyib. Bir çöx mütəxəsislər düşünürlər ki, İranın dini lideri qərb ölkələri ilə imzalanan razılaşmanın yolunu açmaq üçün Amerika Prezdienti Coe Baydenə meydan oxuyub. İran, sabiq Amerika Prezidenti Donald Tramp tərəfindən həyata keçirilən embarqoları geri götürmək üçün Baydenə bir həftə vaxt da verdi. Rəsmi Tehran bu addım atılmazsa, nüvə razılaşmasını pozmaq üçün indiyədək etmədiyimiz ən böyük addımı atacağıq deyib. Eyni zamanda MAQATE müfəttişlərini nüvə stansiyalarında yoxlama aparmaq üçün verilən icazə pozulcaq.Sitatın Sonu. Amerika Birləşmiş Ştatları isə islam dövlətindən fəqrqli olaraq, Tehrandan razılaşmaya xələl gətirəcək addımlar atmaqdan geri çəkinməyə çağırıb.Ümumiyyətlə prezident Bayden, İrandan sanksiyaların qaldırılmasının əvəzində, uranın zənginləşdirmə proqramını dayandırmağı gözləyir. Tramp, razılaşmanın İranın xeyrinə tək tərəfli olduğunu irəli sürərək embarqoları yenidən qüvvəyə mindirmişdi. Ortada maraqlı və gərgin durum yaranıb. Birinci addımı kim atacaq, Amerika yoxsa İran? Uzağa getməyək elə dünən Ağ Evin sözcüsü Cen Psaki demişdi ki, Bayden administrasiyası hələlik diplomatik danışıqlara üstünlük verir. Bunun davamı olaraq da Almaniya Kansleri Angela Merkel İran Prezidenti Həsən Ruhaniyə zəng edərək razılaşmaya dönmək üçün addım atamlarını tələb edib. İran isə əvəzində öz tələbini irəli sürüb. Digər tərəfdən bu günlərdə rəsmi Tehranın anlaşmanın şərtlərini pozduğuna dair məlumatlar da sürətlə yayılır. Hələ üstəlik fevralın 23-dən Atom Enerjisi üzrə Agentliyin mütəxəsislərinə yoxlama aparmaq üçün qadağa da qoyacaq. İranın davranışlarına Dövlət Departamentinin sözcüsü Ned Price cavab verdi.
‘‘Ned Price, Dövlət Departamentinin sözcüsü.Rəsmi Tehranın yoxlamaları qəflətən sona çatdırmaq planları olduğunun fərqindəyik.Müttəfiqlərimizlə bərabər vurguladığımız kimi, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin etimadını təsirləndirəcək bu addımlardan geri çəkilməlidir. Onlar başqa addımlar atmaqdan imtina etməlidirlər. Amerika Birləşmiş Ştatları hələlik diplomatiya yolunu açıq saxlayır”
Maqatenin son hesabatına görə, İran inkişaf etmiş daha çox sentrafüqaları Natanzdakı yeraltı stansiyada qurmaq planı ilə bağlı nüvə qurumunu məlumatlandırıb. Bu addım Vaşinqton üzərində təzyiq yaradacaq başqa bir həmlə olaraq da qiymətləndirilir. Keçən həftə isə İran Fərda nüvə yeraltı stansiyasında, 2015 nüvə razılaşmasından əvvəlki kimi yüzdə 20 faizlik uranı zənginləşdirməyə başlayıb. İran, əvvəllər yüzdə 4,5 həcmində uran zənginləşdirirdi. Nüvə silahı istehsalı üçün gərəkli olan miqdar yüzdə 90-dır. Uranın yüksək bölünə bilən saflıq səviyyələrində rəfinə edilməsi, nüvə bombası əldə etmə yolunda addımdır. Lakin rəsmi Tehran iddia edir ki, onlar uranın zənginləşdirmə proqramını yalnız sülh məqsədli enerji əldə etmək üçün edirlər.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.