“Amerika Birləşmiş Ştatları İranla nüvə razılaşmasını müzakirə etməyə hazırdı”
Gunaz.tv
“Amerika Birləşmiş Ştatları İranla nüvə razılaşmasını müzakirə etməyə hazırdı”
Amerika Birləşmiş Ştatları ilə İran arasındakı siyasətdə fərqli mənzərə açılır. Birləşmiş Ştatların Dövlət Katibi Antony Blinken, Fransa və İngiltərədən olan həmkarları ilə virtual görüşdə İran, Yəmən və IŞİD-lə mübarizəni müzakirə etdib. Amerikanın Xarici İşlər Naziri toplantıda açıq şəkildə deyib ki, prezident Joe Bayden İranın nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında, Birləşmiş Ştatlar da bunu edəcək. O, rəsmi Vaşinqtonun bu mövzuda İranla danışıqlara hazır olduğunu dedi. Bu çərçivədə Almanya, Fransa, İngiltərə və Birləşmiş Ştatlar İranı əlavə pratakolu sonlandırmaq və Atom Enerjisi Agentliyinin əməkdaşlarına İrandakı test fəaliyyətlərinə mane olmamğa çağırdı. Açıqlamada bildirildi ki, İranın MAQATE üçün gətirdiyi məhdudiyyətlər təhdid yaradır. İran xüsusilə yeni bir diplomatiya imkanın yarandığı bu günlərdə daha ağıllı olmalıdır. Nazirlər birgə açıqlamada deyiblər ki, onların hədəfi İranı nüvə razılaşmasının şərtlərini yerinı yetirməklə danışıqlara geri gətirməkdir. Təbii açıqlamada həmçinin İranın uranı zənginləşdirmə faizini yüzdə 20-yə yüksəltməsi və uranyum metal istehsalı mövzusundakı ortaq narahatlıqları da gündəmə gətirildi. Bu fəaliyyətlərin sivil bir məqsədə dayanmadığını deyən rəsmilər uranyum metal istehsalının birbaşa nüvə silahı əldə etmək üçün addım olduğunu vurğuladılar. İranın raket proqramı və bölgədəki fəaliyyətləri də müzakirə mövzusu olub. Antoniy Blinken açıq şəkildə deyib ki, Amerika və qərb dövlətləri İranın heç bir zaman nüvə silahı əldə etməməsi mövzusunda qərarlıdırlar. Digər tərəfdən Amerika BMT-nin Təhlükəsizlik Şurasına Tramp hakimiyyəti tərəfindən edilən, İrana istiqamətlənən embarqolarının yenidən qüvvəyə minməsi iddiasını geri çəkdi. Xatırladaq ki, Tramp hakimiyyəti 2018-ci ildə ölkəsini İranla əldə olunan razılaşmadan geri çəkmişdi. Bunun ardınca isə sabiq Dövlət Katibi Mike Pomeyo Təhlükəsizlik Şurasına baş vuraraq İrana qarşı embarqoların qüvvəyə minməsini istəmişdi.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.