“Amerika Birləşmiş Ştatları İranla görüşmədən sanksiyaları yüngülləşdirməyəcək”
Gunaz.tv
“Amerika Birləşmiş Ştatları İranla görüşmədən sanksiyaları yüngülləşdirməyəcək”
Vaşinqtonla Tehran arasındakı nüvə anlaşması ətrafındakı fikir mübadilələri hər gün fərqli müstəvidə olur. Son iki gündə hər iki tərəf gah münasibətləri diplomatik məcraya gətirən, gah da münasibətləri gərginləşdirən açıqlamalarla gündəm oldular. Bu gün isə Ağ evin sözcüsü Cen Psaki dedi ki, Amerika Birləşmiş Ştatlarının İran və beynəlxalq güçlərlə planlaşdırılan görüşlərdən əvvəl, Tehrana tətbiq edilən embarqoları yüngülləşdirmə kimi planları yoxdur. Eyni zamanda bu danışıqlar baş tutmadan Amerika Prezidnetinin 2015-ci il tarixli nüvə anlaşmasına geri dönmək üçün qərarnamə yayması da gözlənilmir. Prezident Coe Bayden ilə birlikdə Michiqana gedərkən prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Psaki, “diplomatik diyaloq”dan əvvəl İran mövzusunda “əlavə addımlar atma istiqamətində heç bir planın olmadığını” bildirdi. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları son açıqlamasında Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün beynəlxalq nüvə razılaşmasına geri dönmək mövzusunda İranla görüşə hazır olduğunu açıqlamışdı. Sabiq Prezident Donald Tramp üç il əvvəl Birləşmiş Ştatları razılaşmadan geri çəkmişdi. Razılaşmaya görə İran, beynəlxalq sanksiyaların qaldırılması qarşılığında nüvə proqramında kəsintiyə getməyi qəbul etmişdi. Lakin Tramp hakimiyyəti razılaşmadan çəkildikdən sonra Vaşinqton embarqoları geri gətirmiş və İran da razılaşmanı mərhələli olaraq pozmağa başlamışdı. İran indi isə nüvə proqramıyla bağlı atdıığı addımları geri gətirmək üçün Birləşmiş Ştatlar qarşısında şərt qoyur. Tehran Vaşinqtondan embarqoları qaldırmağı tələb edir. Bayden hakimiyyətinin razılaşmanı yenidən canlandırmaq üçün hər hansı bir qərarnamə yayayacağı ilə bağlı sualı cavablandırarkən Psaki belə deyib. “Avropalılar bizi dəvət etdi. Bu diplomatik bir dialoq üçün dəvətdir.Bu dialoqa qatılmaq üçün hakimiyyət olaraq əlavə addımlar atmağımıza ehtiyac yoxdur” Sitatın sonu. Amerika Dövlət Departamentinin sözcüsü Ned Price da Amerika İran münasibətlərinə reaksiya verdi. Jurnalistlər ondan Amerikanın BMT-nin Təhlükəsizlik Şurasına Tramp hakimiyyəti tərəfindən edilən, İrana istiqamətlənən BMT embarqolarının yenidən qüvvəyə minməsi gərəktiyi iddiasını geri çəkəcəkmi soruşdular? Price, bu qərarın Amerika Birləşmiş Ştatlarının İran mövzusunda BMT-nin Təhlükəsizlik Şurası ilə təmas qabiliyyətini güçləndirdiyini dedi. Price əlavə etdi ki, Amerika Birləşmiş Ştatları həm də digər ölkələri İrana silah satmaqdan çəkindirməyə davam edəcək.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.