“ İranda saxlanılan Ameriaka vətəndaşları ilə bağlı Tehranla Vaşinqton arasında əlaqə yaranıb”
Gunaz.tv
“ İranda saxlanılan Ameriaka vətəndaşları ilə bağlı Tehranla Vaşinqton arasında əlaqə yaranıb”
Amerika Birləşmiş Ştatlarının yeni hakimiyyətinin İranla bağlı başlatdığı diplomatik əlaqələrdə hər iki tərəf tələblərini ortaya atır. Rəsmi Tehranda düşünürlər ki, 2015 tarixli nüvə razılaşmasının bərpası ilə bağı görüşlərə başlamaq üçün Amerika əvvəlki embarqoları qaldırmalıdır. İranın Xarici İşlər Naziri Cavad Zərif düşünürki, Amerika sanksiyaları qaldırmadan nüvə razılaşmasına təkrar qatılamayacaqlar. Zərif, “görüşlər hər kəs öhdəliyini yerinə yetirdiyində başlayacaq” deyib. Baydenin “Trampın maksimum təzyiq siyasəti uğursuzluqdir’ fikirlərini xatırladaraq indiki siyasəti də onun davamı kimi gördüklərini deyib. Xatırladaq ki, onsuz da zəyif olan İran iqtisadiyyatı embarqolar və virusdan dolayı çox zəyifləyib. Rəsmi Vaşinqton isə hələlik diplomatik imkanlardan istfadə edir. Ağ Evin Beynəlxalq Təhlükəsizlik sözcüsü Jake Sullivan Amerikanın İranla saxlanılan Amerika vətəndaşları mövzusunda əlaqəyə başladığını açıqladı. Dövlət Katibi Antony Blinken fevralın ilk günlərində Amerikanın ölkə xaricində girov saxlanılan ya da yanlış şəkildə saxlanılan vətəndaşlarının sərbəst buraxılması üçün çaba göstərdiklərini demişdi. Lakin İranın adını çəkməmişdi. Sullivan, uzun dönəmli bir təklifi qəbul etməyəcəklərini bildirdi. Tehrandan gələn açıqlamalara görə iki ölkə arasında mövzu ilə bağlı əlaqə İsveçrə Səfirliyi vasitəçiliyi ilə aparılır. İsveçrə Səfirliyi Amerikanın İrandakı maraqlarını qoruyur. İranın nüvə proqramına toxunarkən Sullivan dedi ki, Prezidnet Joe Bayden Tehranın nüvə silahı əldə etməsinə mane olmaqda qərarlıdır lakin bu yolda da yalnız diplomatiya aparacaqlar. Sabiq Amerika Prezidenti Donald Tramp İranla Amerikanın da daxil olduğu qərb ölkələri arasında imzalanan nüvə razılaşmasından 2018-ci ildə geri çəkilib. Daha sonra isə İrana istiqamətlənən embarqolar qüvvəyə minib. İran da öz növbəsində razılaşmanın şərtlərini pozmaqda davam etmişdi. İran eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarını dayandırıb. Bu da durumu daha qarışıq hala gətirib.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.