GünazTV Feb.23.2021 : “İranın dini lideri Ayətullah Ali Hamaneyinin açıqlamaları Vaşinqtonda təhdid kimi dəyərləndirildi”

2021-02-23 19:13

“İranın dini lideri Ayətullah Ali Hamaneyinin açıqlamaları Vaşinqtonda təhdid kimi dəyərləndirildi”

Gunaz.tv Quote | Gunaz article

 “İranın dini lideri Ayətullah Ali Hamaneyinin açıqlamaları Vaşinqtonda təhdid kimi dəyərləndirildi”

Amerika Birləşmiş Ştatları İranın nüvə  proqramını nəzarət altına almaq  üçün, dünya güçləri və İran arasında əldə edilən  razılaşmanı güçləndirmə və genişləndirmək üçün  yollar axtaracaq. Bunu Amerikanın Dövlət Katibi Antony Blinken dedi. BMT-nin Beynəlxalq Atom Enerjisi Dairəsidən gələn açıqlamada deyilir ki, Tehran hökuməti bu həftədən etibarən xəbərdarlıqsız yoxlamalara son vermək kimi razılaşmanın bəzi  hökümlərinə əməl etmək üçün İranla  razılaşıb. Cenevrədə keçirilən Silahsızlanma Konfransındakı çıxışında Blinken deyib ki, "Amerika, İranın əsla nüvə silahına sahib olmaması üçün zamindir. Demokratiya bu məqsədə çatmağın ən yaxşı yoludur" Sitatın Sonu. Dövlət Katibi, Prezident Joe Baydenin İranın 2015-ci il razılaşmasının şərtlərinə "bağlı qalmağı  qəbul etməsi" durumunda Bayden hakimiyyətinin də eyni  yöndə addım atacağını xatırlatdı. Blinken,"müttəfiqlərimiz və ortaqlarımızla çalışaraq Ortaq Əhatəli Planın uzatma və güçləndirmə yollarını axtaracağıq, İranın bölgədə təhdid yaradan addımları, ballistik raket inkişaf etdirmə və yayma yolunda attığı addımlar daxil, narahatlıq yaradan diğər məsələlərə fokuslanacağıq"dedi. Blinken, "İran MAQATE ilə əldə edilən qoruyucu razılaşmalara əməl etməli  və beynəlxalq öhdəliklərini yerinə yetirməlidir " dedi.  Bunun ardınca  Tehrandan başqa bir xəbər gəldi. İranın dini lideri Ayətullah Ali Hamaneyi  ehtiyac olarsa   yüzdə 60 saflıqda uranı zənginləşdirə biləcəklərini açıqladı. Dövlət Departamentinin mətbuat katibi Ned Price, Hamaneyin təhdid kimi  görünən açıqlamalarına reaksiya verməyəcəyik dedi. Price, Amerikanın 2015 nüvə  anlaşmasına geri dönmə mövzusunda İranla  görüşməkdə maraqlı olduqlarını vurğuladı. Bayden hakimiyyəti sabiq Prezident Donald Trampın Amerikanı geri çəkdiyi razılaşmaya iki ölkənin də dönməsi üçün görüşə hazır olduğu mesajını vermişdi. Tehran da keçən həftə anlaşmanın mövcud tərəfləri ilə Amerika arasında  qeyri rəsmi  toplantı üçün Avrupa Birliyindən gələn təklifi araşdırdığını, ancaq hələlik buna cavab  verilmədiyini bildirmişdi. Bu arada, İran əsilli Amerika vətəndaşı, Bayden hakimiyyətindən İranla əldə ediləcək razılaşma çərçivəsində  84 yaşındaki atası ilə qardaşının sərbəst buraxılmasını tələb etdi. Oğul Babək Namazinin keçirdiyi online mətbuat konfransında, atasının səhətinin ağır olduğunu və  müalicə üçün İrandan çıxmalı olduğunu söylədi. Ağ evdən dünən edilən açıqlamada məhz Vaşinqtonun həbsdə olan  Amerika  vətəndaşları mövzusunda Tehranla  əlaqə qurduqlarını söyləmişdi.

Qənirə Ataş, GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.02.2021 : “Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”

2021-03-02

gun az article

Türkiyə - Ermənistan sərhədləri açıla bilər... – CHP-li deputatdan AÇIQLAMA

2021-03-02

gun az article

Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib

2021-03-02

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 8 495 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-02

gun az article

Möhsün Rzayi: “İran Qarabağa girməlidir. Azərbaycan Respublikası və İran iki ölkədə olan bir millətdir” - Fotolar

2021-03-02

gun az article

Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi

2021-03-02

gun az article

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

2021-03-02

gun az article

Son sutkada yoluxanların sayı açıqlandı

2021-03-02

gun az article

“Qasparyan özü ən böyük satqındır, getməlidir” - Paşinyan

2021-03-02

gun az article

Paşinyan üzr istədi

2021-03-02

gun az article

Bu gün Od çərşənbəsidir

2021-03-02

gun az article

GünazTV March.01.2021 : “Amerika Birləşmiş Ştatlarında bir dozalıq vaksin hazırlandı”

2021-03-01

gun az article

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01

gun az article

İranda koronavirusdan daha 108 nəfər vəfat edib, 8 510 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-01

gun az article

İsrail yük gəmisinə edilən hücuma cavab olaraq, Suriyada İrana bağlı hərbçilərin mövqelərini bombardman edib

2021-03-01

gun az article

Netanyahu: “İsrailin yük gəmisinə hücum İranın işidir”

2021-03-01

gun az article

İranın İlam əyalətində baş verən silahlı hücumda hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı öldürülüb

2021-03-01

gun az article

İranın Kirman əyalətində 4 bal gücündə zəlzələ olub

2021-03-01

gun az article

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı

2021-03-01

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

2021-03-01