“İranın oyunu, Amerikanın dərin siyasəti. İslam rejimi qərbin son güvənini itirməyin bir addımındadır.”
Gunaz.tv
“İranın oyunu, Amerikanın dərin siyasəti. İslam rejimi qərbin son güvənini itirməyin bir addımındadır.”
Beynəlxalq Atom Enerjisi üzrə agentliyin rəhbəri Rafael Grossi İranla əldə edilən son razılaşmanın detallarını açıqladı. Razılaşmaya görə, MAQATE İranın nüvə fəaliyyətlərini yoxlamağa davam edəcək. Lakin əldə edilən məlumatlara hər kəsin əli çatmayacaq. Grossi, bu mexanizmanı təyyarənin qara qutusuna bənzətdi və uranın zənginləşdirmə kimi həssas mövzularda məlumatları toplamağa davam edəcəklərinin altını cızdı.Gəlinən razılıq çərçivəsində, İran MAQATE ilə əməkdaşlığı azaltma və anidən aparılan yoxlamaları sona çatdırma planını davam etdirəcək. Qəribədir MAQATE-nin məlumatlara rahatlıqla əli çatmayacaqsa onda vəziyyət necə izah ediləcək? Amerika Birləşmiş Ştatları-Nüvə təhdidi adlı düşüncə quruluşunda danışan Grossi, “yeni sistem müşahidələr aparmağımıza icazə verəcək və bu müddətdə davam edilən bütün önəmli fəaliyyətləri qeydə almış olacağıq. Sonunda da bütün məlumatları görəcəyik” dedi.
“Rafael Grossi, MAQATE rəhbəri: Nələr edildiyini, neçə yanaşmanın hazırlandığını, nə qədər materialdan istifadə edildiyini ya da zənginləşdirildiyini və ya oxşar şeyleri tam olaraq bilmiş olacağıq”
Grossi ümid edir ki, texniki razılaşma qüvvədə olarkən yüksək səviyyəli daha bir anlaşma da əldə oluna bilər. İranla 2015-ci ildə imzalanan beynəlxalq nüvə razılaşmasından 2018 ildə çəkilən Birləşmiş Ştatların Bayden hakimiyəti dönəmində razılaşmaya yenidən dönməsi gözlənilir. Razılaşma daxilində İrana istiqamətlənən iqtisadi embarqolar zəyiflədilmiş, İran da qarşılığında nüvə enerjisi ilə bağlı işlərə qoyulan məhdudiyyətləri qəbul etmişti. Eyni zamanda razılaşma daxilində MAQATE-yə İranın nüvə fəaliyyətlərini yoxlama ixtiyarı da verilmişdi. Tramp hakimiyyətinin razılaşmadan çəkilmsi və embarqoların yenidən qüvvəyə minməsiylə İran da razılaşmanın irəli sürdüyü məhdudiyyətləri pozdu. Grossi, İranın təxribatçı davranışları ilə bağlı danışarkən bu ifadəni işlədib. “Günün sonunda İranla hər hansı razılaşma edilməmiş olarsa hər şey yox olar və onlara bir daha güvən qalmaz’’Sitatın sonu. İranda mühafizəkarların çoxluq təşkil etdiyi məclis, dekabr ayında Birləşmiş Ştatların sanksiyaları iki ay içində qaldırılmaması fonunda hökumətin nüvə siyasətini sərtləşdirməsinə qərar vermişdi. Amerika isə açıq deyir ki, nüvə razılaşmasına geri dönmək üçün əvvəlcə İran öhdəliklərə əməl etməlidir. İran isə əvvəlcə embarqoların zəyiflədilməsini istəyir. Birləşmiş Ştatların Dövlət Katibi Antony Blinken, keçən həftə ölkələri olaraq tanınan Almanya, İngiltərə və Fransanın xarici işlər nazirləri ilə keçirdiyi toplantıda Prezident Joe Baydenın İranla nüvə razılaşması mövzusunda görüşə hazır olduğunu vurğulamışdı.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.