“Prezident Coe Bayden Trampın viza qadağasını ləğv etdi”
Gunaz.tv
“Prezident Coe Bayden Trampın viza qadağasını ləğv etdi”
Amerika Prezidenti Coe Bayden sabiq prezidenti Donald Trampın vizalarla bağlı qadağasını ləğv etdi. Coe Bayden, Trampın Amerika Birləşmiş Ştatlarında yaşama və işləmə icazəsi olan Green Kart və keçici əcnəbi işçilərə verilən vizalara qoyduğu məhdudiyyətləri ləğv etdi. Tramp, bir çox Green Kart başvurusunu və Birləşmiş Ştatlarda keçici müddətə işləyən əcnəbi işçilərin ölkəyə girişini əngəlləmişdi. Tramp bu qanunları guya Corona virusu səbəbiylə Amerikada artan işsizliyə görə etmişdi. Coe Bayden isə imzaladığı sənədlə Trampın demək olar ki, miqrasiya siyasəti ilə bağlı bütün yanaşmalarını rədd etmişdi. Bayden isə düşünür ki, bu tətbiqlər Amerika Birləşmiş Ştatlarında ailələrin bir araya gəlməsinin qarşısını alıb. Eyni zamanda iş dünyasına da zərər verdiyini söylədi. Prezident Coe Bayden bu gün məhz iqtisadiyyatı dirçəltməklə bağlı açıqlamasını etdi.
“Coe Bayden. Amerika Birləşmiş Ştatlarının Prezidenti: Biz ölkə iqtisadiyyatını dirçəltmək üçün insanlarımıza kömək etməliyik. Biz insanlatra kömək üçün kompaniyaları işə almağa həvəsləndirməliyik. Buna görə də biz kompaniyaların istehsal və bizneslərini böyütməkdə kömək edəcəyik. Bu günkü qərar da məhz həm də bu hədəflənib.Amerikalılar və kompaniyalar işə qatıtmalıdırlar”
Demokrat Coe Bayden, Trampın miqrasiya mövzusundakı sərt siyasətinin böyük bir hissəsini tərsinə çevirməyə çalışır. Miqrasiya üzrə hüquq müdafiəçiləri martın 31-də müddəti dolacaq viza qadağalarının qaldırması üçün hakimiyyətə təzyiq edirdi. Tramp hakimiyyəti, keçən il Corona virusunun iqtisadi təsirləri səbəbiylə Amerikada çalışacaq insanlara verilən H-1B, mövsümü işçi olaraq verilən H-2B, şirkət içində vəzifə yeri dəyişən insanlara verilən L-1 vizalarını və çeşidli qurumlarda çalışmaq ya da dəyişim proqramlarına qatılmaq üzrə gələcək mütəxəsislərə verilən J-1 vizalarını dondurmuşdu. Tibb işçiləri və qida xidməti sektorunda işləyənlər bu kateqoriyaya aid deyildi. Xaricdən gətirilən məntiqli iş gücündən yararlanan Birləşmiş Ştatlarnın öndə gedən texnologiya şirkətləri və Amerika Ticarət Palatası, iqtisadi yüksəlişi zəyiflədəcək iddiası ilə belə bir addıma qarşı olduqlarını açıqlamışdı. Viza qadağasını müzakirə edənlər hətta düşünürlər ki, sabiq prezident Tramp bu qadağanı gətirməklə həm də Corona virusunun Amerikaya daha çox gəlişinin qarşısını alıb. Bütün fikirlərə baxmayaraq Coe Bayden prezidentlik yolunda söz verdiyi daha bir addımını həyata keçirdi.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.