“Amerikada 50 milyon insan peyvənd olundu”
Gunaz.tv
“Amerikada 50 milyon insan peyvənd olundu”
Corona virusu ilə mübarizə aparan Amerika Birləşmiş Ştatlarında 50 milyonuncu insana vaksin vurulub. Bu prossesdə Prezident Coe Bayden də iştirak edib. Prezident Coe Bayden, Amerikada Corona virusu vaksininə qarşı etimadsızlığı azaltmaq üçün hakimiyyətin bu il bir təlim kompanyası başladacağını açıqladı.
“Coe Bayden, Amerika Birləşmiş Ştatlarının Prezidenti: Vaksinlərin etibarlı və təsirli olduğu mövzusunda xalqı öyrətmək üçün böyük bir kampanya başladacağıq. Cəmiyyətin hər bir üzvü liderləri Amerikalıların hamısının peyvənd olmaları üçün təlimləri və cəsarətləndirmə addımları atmaqda davam edəcəyik.”
Bayden, prezident olandan sonra ilk olaraq milyonlarla Amerikalının peyvənd almasını hədəfləmişdi. Corona virusu bu günə qədər Amerikanın yarım milyondan artıq insanın həyatını itirməsinə səbəb oldu. Peyvəndə tələb çox olsa da rəsmilər xüsusilə kiçik toplumlar arasında peyvəndlə bağlı narahatlıqlarını gələcək aylarda cəmiyyətin böyük hissəsinin vaksinlənməsi hədəfinə kölgə sala biləcəyini deyib. Bayden əl yuma, sosiyal məsafə qanunlarını tətbiq etmə və masqa taxma kimi addımlara əməl edilməsinə diqqət çəkdi.Bəzi qrupların peyvənd olmaqdan qorxduqlarını deyən prezident Bayden, Aprel-May aylarında uzun peyvənd növbələrinin azalacağını bildirdi.
“Bu ölkə tarixində bəzi toplulukların qorxunç tibbi və zehinsəl istismara məruz qaldıqlarını hamımız bilirik.Amma unutmayın peyvəndlər təhlükəsiz və güvənlidir”
Sabiq prezident Donald Tramp, Corona virusunun vacibliyini zəyiflətmək üçün masqa taxmağı demək olar rədd etmişdi.Ayrıca Corona virusuna bağlı ölü sayındaki önəmli rəqəmləri də dilə gətirməkdən həmişə çəkinmişdi. Bayden isə fərqli bir yolla gedir. Ölkədə vurusdan həlak edənlər üçün anım tədbiri keçirildi.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.