GünazTV Feb.27.2021 : “Azərbaycanlılar Vaşinqtonda Ermənistan səfirliyinə etiraz etdilər”

2021-02-27 19:36

“Azərbaycanlılar Vaşinqtonda  Ermənistan səfirliyinə etiraz etdilər”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycanlılar Vaşinqtonda  Ermənistan səfirliyinə etiraz etdilər”

 Xocalı Soyqımı qurbanlarının xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anıldı. Vaşinqton ətrafında yaşayan bir qrup Azərbaycanlı Ermənistanın bu ölkədəki səfirliyi qarşısında toplaşaraq rəsmi İrəvanı  işğalcı siyasətdən çəkilməyə, qonşuları ilə sülh şəraitində yaşamağa çağırdılar. İcma üzvüləri dedilər ki, ermənilər 29 il əvvəl Azərbaycanın Xocalı şəhərində soyqırım edərək Azərbaycanlıların gözünü qorxutmaqla daha çox torpağa sahib olmaq siyasəti apararaq 30 il ərazilərimizi işğalda saxlayıblar. Bu illər ərzində bir milyondan çox Azərbaycanlı torpaqlarından didərgin düşüb. Azərbaycanlıların məcburi qovulduqları yurd-yuvaları isə bu illər ərzində cəhənnəmə çevirilib. Şərəfli Azərbaycan ordusunun apardığı 44 günlük müharibəyə istinad edən və ondan ilham alan soydaşlarımız  dedilər ki, indi onların qarşısında ayıblarına bürünmüş və məğlum olmuş işğalçı Ermənistan var. Vaşinqtondakı diasporamızın fəal üzvü Zaur Bayramlı həm etiraz aksiyasındakı çıxışında həm də jurnalistlərə müsahibəsində vurğuladı ki, biz bu il Ermənistan səfirliyinin qarşısına fərqli ruhda gəlmişik. O, Azərbaycana qalibiyyət yaşadan şəhidlərə və qazilərə sevgi bildirərək, xaricdəki soydaşlarımızın bundan sonra daha aktiv olmalarını söylədi.  Zaur Bayramlı hesab edir ki, Amerikada 5  nəsil yaşayıb, sözdə soyqırım üçün çalışan ermənilərin siyasətinin qarşısında azərbaycanlılar bundan sonra da daha əsaslı orqumentlər  qoymalıdır. Onun fikirləri ilə razılaşan Türkiyə icmasının rəhbəri Günay Evinc isə dedi ki, amerika türkləri də azərbaycanlıların “Xocalıya ədalət” kompaniyasında  aktiv yer alacaqlar. Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə  Erməni Silahlı qüvvələri  Rusiyanın 366-cı motoatıcı alayının  iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı soyqırım  həyata keçiriblər Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Ermənistan ordusu həmən gecə  76-sı uşaq olmaqla, 487 nəfəri yaralayıb. 1275 nəfəri əsir götürüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının işıqlandırması və  dünya mətbuatına çatdırılması  birbaşa  Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır. Məhz Çingiz,  karyerasında ən vacib xidməti göstərərək  Xocalıda törədilən vəhşilikləri lentə alıb. Bu gün də Azərbaycanın əlində  yeganə sübut məhz  Çingiz Mustafayevin çəkdikləridir. Əgər o kadırlar olmasaydı, Ermənistan Xocalıda  soyqırım həyata keçirdiyini həyasızcasına inkar edərdi. Lakin Çingizin çəkdirkləri onların bu həyasızlığının qarşısını almaqda Azərbayçana  kömək olur.

Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18

gun az article

Beynəlxalq Əfv Təşkilatından İran hökumətinə ÇAĞIRIŞ: "Əlirza Fərşini azad edin"

2021-04-18

gun az article

Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

2021-04-17

gun az article

Soyuqbulağın kürd millət vəkili Urmu gölünə su buraxılmasına qarşı çıxdı

2021-04-17

gun az article

Təbrizin millət vəkili prezident seçkilərində iştirak edəcək: "Ölkədə hərbi vəziyyət elan olunmalıdır"

2021-04-17

gun az article

Ərdəbil əhalisi sürətlə qocalır:Əyalətdə doğum faizi aşağı düşüb

2021-04-17

gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17