“Azərbaycan və Ermənistan liderləri Rusiya Prezidentinin iştirakı ilə Moskvada görüşür”
Gunaz.tv
“Azərbaycan və Ermənistan liderləri Rusiya Prezidentinin iştirakı ilə Moskvada görüşür”
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçirilir. Görüşün olacağı ilə bağlı yayılan qeyri-rəsmi məlumatları ilk olaraq Kremlin mətbuat xidməti təsdiqləmişdi. Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilən görüş Azərbaycan üçün olduqca həssas və vacibdir.Prezidentlərin Moskva görüşündə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunur. Görüş həm də müharibədən qalib çıxan Azərbaycanla, məğlub tərəf olan Ermənistan liderləri arasında ilk təmasdır. Bu baxımdan görüş dünya mətbuatı tərəfindən də maraqla izlənilir. Bu görüşdən sonra Azərbaycan xalqında yaranmış bir çox suallara aydınlıq gələcəyi gözlənilir. Beləki, noyabrın 10-da imzalanan bəyanatın ardından Rusiya sülhməramlıları gecə saatlarında Azərbaycan ərazisinə gələrək, regionda sülhün bərpasında yer alacaqlarını açıqladılar. Bu gün Azərbaycanın Qarabağ regionunda 1960 rusiyalı sülhməramlısı var. Sülhməramlı adı ilə Rusiya fövqəlada hallar nazirliyinin nümayəndələri və tibbi heyəti də Qarabağa gəldi. Beləliklə, razılaşmada Azərbaycan ərazisinə daxil olacaq Rusiya hərbçilərinin sayı 1960 nəfər nəzərdə tutulsa da reallıqda digər minaaxtaran hərbçiləri, fövqəladə hallar əməkdaşları, hərbi həkimləri birlikdə torpaqlarımızda 5 mindən artıq rus rəsmisi yerləşib. Eyni zamanda Rusiya sülhməramlıları regiona çoxlu sayda ağır hərbi texnika da gətirib. Azərbaycan ictimayyətində isə haqlı olaraq Rusiyanın özünə olmadığı kimi onun sülhməramlı qüvvələrinə də inam yoxdur. Reallıq da onu göstəriri ki, rusiyanın sülhməramlıları regionda ədalətli yox, əksinə təxribatçı addımlara şərait yaradırlar. Məsələn bəyanata əsasən Rusiya hərbçiləri Dağlıq Qarabağa həm erməni, həm də azərbaycanlı sakinlərin qaytarılmasını və onların Azərbaycan qanunları altında yanaşı yaşamasını təmin etməli idi. Amma iki aya yaxın müddətdə Rusiya Müdafiə Nazirliynin yaydığı rəsmi rəqəmlərə görə, artıq 48 minə yaxın erməni qaytarılıb. Azərbaycanlıların qayıdışı isə hələlik görünmür. Rusiya ordusu Azərbaycan torpaqlarına gəlməklə həm də oradakı erməni silahlıları da çıxarılmalıydı. Lakin bu da baş vermədi, əksinə Ermənistan rəsmiləri asanlıqla Azərbaycan ərazisinı gəlir, Xankəndindəki separatçılar və onlara tabe olan hərbi qüvvələr pərakəndə şəkildə ərazilərimizdə qalmaqdadır. Onların törətdiyi təxribatlara isə Rusiyalı sülhməramlılar heç bir reaksiya verimir. Azərbaycan Prezidenti İlham Əliyev də yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə diplomatik formada Rusiya sülhməramlılarının Qarabağda öz funksiyalarından kənara çıxmasını tənqid etmişdi. Tarix göstəriri ki, rus ordusunun getdiyi hər yerdə işğal var. Bura Gürcüstan, Dnestryanı, Ukrayna, Krımı nümunə göstərmək olar. Odur diqqətlər Moskvaya yönəlib. Ehtimal edilir ki, insanlarımızda yaranan bir çox suallara bu gün aydınlıq gələr.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.