GünazTV Jan.12.2021 : “44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşdü”.

2021-01-12 20:41

 “44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşdü”.

Gunaz.tv Quote | Gunaz article

 “44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşdü.

   Azərbaycanlıların maraqla izlədiyi Vladimir Putun, İlham Əliyev v ə Nikol Paşinyan görüşü Moskvada 4 saat davam etdi.  Azərbaycan, Ermənistan və Rusiya liderləri yekun olaraq bir  razılaşma da imzalayıblar. Görüş anından bizə bəlli olan odurki  Putinin əvvəlcə Prezident İlham Əliyevi, sonra isə Baş nazir Paşinyanla qucaqlaşaraq salamlaşıb. Bu həm də pandemiya dönəmindən sonra dünya üçün  fəqrli mənzərə idi. Görüşdə isə  Azərbaycan və Ermənistan liderləri əl-ələ sıxmayıblar. Ev sahibi olan Rusiya prezidenti Vladimir Putin  mətbuat qarşısında olarkən "Bugünkü görüşü xüsusi önəmli və faydalı hesab edirəm, çünki regionda vəziyyətin inkişafı üçün danışa və birgə razılaşma imzalaya bildik". Putin açıqlamasında ölkəsinin Qarabağda həyatın normala dönməsi üçün addımlar atdığını önə çəkərək sülhməramlıların rolunu böyütməyə çalışdı. Üç ölkənin hökumət rəhbərlərinin  başçılıq edəcəyi tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılması üçün işçi qrup təşkil olunacağını dedi.  Müharibədən qalib çıxan ölkə olan Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyan və Putinin qarşısında deyəcəkləri təbii dünya mətbuatı üçün də maraqlı idi.

 "Bugün imzalanan bəyanat bizim niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat kommunikasiya xətlərinin blokdan çıxarılması idi. Bu o sahədir ki, regionun inkişafına dinamizm qata bilər və təhlükəsizliyi gücləndirə bilər, çünki nəqliyyat kommunikasiya xətlərinin açılması Azərbaycan, Ermənistan və Rusiya xalqlarının, bizim qonşularımızın maraqlarına cavab verir"

İlham Əliyev  qonşu ölkələrin də nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyaları şəbəkələrinin yaradılmasına aktiv şəkildə qoşulacağını güman etdiyini düşünür. 10 noyabr bəyanatının uğurla yerinə yetirildiyini deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışıb.

"Bütün bunlar onu göstərir ki, Vladimir Vladimiroviçin bir dəfə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik."

Ermənistan Baş naziri Nikol Paşinyan isə Moskvada Rusiya və Azərbaycan prezidentləri ilə danışıqlar zamanı Qarabağda atəşkəs haqqında 9 noyabr Bəyanatı əsasında əsirlərin mübadiləsinə dair bəndin yerinə yetirilmədiyini söylədi. Paşinyan Vladimir Putini regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi üzrə səylərinə görə təşəkkür edib və eyni zamanda təəssüf edib ki, bugünkü görüş nəticəsində "ən həssas və ağrılı" - hərbi əsirlər məsələsini həll etmək mümkün olmayıb dedi.

"Təəssüf ki, bu  Dağlıq Qarabağ  münaqişə hələ həll edilməyib. Əlbəttə ki, atəşkəsi təmin etmək mümkün olub, amma hələ həll edilməli çox məsələlər qalıb. Bu məsələlərdən biri Qarabağın statusunun həllidir.Ermənistan bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə danışıqları davam etdirməyə hazırdır."

Putin həmkarlarına Qarabağ üzrə üçtərəfli razılaşmanı və regionda problemlərin həlli üzrə gələcək addımları müzakirə etməyə hazır olduqları üçün təşəkkür edib.

"Bu gün, ilk növbədə, ötən il 9 noyabr birgə bəyanatda əksini tapmış tənzimləmə üzrə əsas istiqamətlərdə növbəti addımların ilk planını tutmaq vacib olardı. Mən Rusiya sülhməramlı kontingentin fəaliyyəti, demarkasiya xətləri, humanitar problemlər, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam"

Bu, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra  Azərbaycan və Ermənistan  dövlət başçıları arasında ilk görüş idi. İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli birgə bəyanatı ilə başa çatıb.Bəyanata əsasən, Azərbaycanın işğal altında olan bir çox əraziləri geri qayıdıb və Qarabağa 2000-dən çox Rusiya sülhməramlısı yerləşdirilib.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17