GünazTV Jan.13.2021 : “Amerikada Konqres Prezident Trampı impiçment elan etmək üçün toplandı”

2021-01-13 19:25

“Amerikada Konqres Prezident Trampı impiçment elan etmək üçün toplandı”

Gunaz.tv Quote | Gunaz article

“Amerikada Konqres  Prezident Trampı impiçment elan etmək üçün toplandı

 Amerika Konqresi Prezident Trampın səlahiyyətlərinin bitməsinə 8 gün qalmasına baxmayaraq, onun impicmentinii müzakirə edir. Demokratlar  başda Konqresin Nümayəndələr Palatasınını sədri Nensi Pelosi olamqla Trampı qovacaqlarına inanırlar. Prezident Tramp isə ona qarşı dayananlara cavab verib. Texasda inşa edilməkdə olan sərhəd divarı qarşısındakı açıqlamasında vəzifədən alınması üçün Konstitusiyanın  25-ci maddəsinin qüvvəyə minməsindən narahat olmadığını deyib.

“25-ci maddə mənim üçün heç bir risk daşımır. O maddə geri dönərək Joe Bayden və onun hakimiyyətini tapacaq. Bir söz  vardı, nə istədiyinizə diqqət edin. İmpicment oyunu ölkə tarixindəki ən böyük hiylənin davamı və Amerika üçün çox təhlükəlidir. Bu xüsusilə həssas dönəmdə sanıldığından çox hirs, bölünmə və acılara səbəb olur”

 Təmsilçilər Məclisi Vitse Prezident Mike Pencdən Konsitusiyanın 25-ci maddəsi əhatəsində səlahiyyətlərini istifadə edərək prezidentlik vəzifəsini Trampdan geri almasını istəmək üçün bir layihəni müzakirə etdi. Layihə  Demokratların çoxluq olduğu Təmsilçilər Məclisində səsverməyə çıxarılıb. Bu gün isə Konqresdəki səsvermə ilə prezidentin impiçmenti müzakirə ediləcək. Xatırladaq ki, yanvarın 6-da Amerika paytaxtı Vaşinqtonda Prezident Tramp üçün keçirilən dəstək mitinqində etirazçılar polisləri və dəmir  baryerləri aşaraq zorla Konqres binasına girmiş və 3 Noyabr seçkilərinin qalibi olan Demokrat Joe Baydenin uğurunu təsdiqləmək üçün keçirilən toplantıya mane olmuşdular. Bu hadisələrdə biri polis olmaqla 4 nəfər həyatını itirdi.

Prezident Tramp Ağ Ev yaxınlığında etdiyi açıqlamada isə tərəfdarlarından seçkinin oğurlanmasına male olmaq üçün mübarizə aparmalarını istəmişdi. Bunun ardınca böyüyən hadisələr  Konqres binasına girməklə nəticələndi. Məhz buna görə Prezident Tramp barəsində ittihamlara yol açıldı. Düzdü Tramp vəzifəsini yanvarın 20-də normal qaydada təhvil verəcəyini açıqladı. Amma başda Təmsilçilər məclisindən Nensi Pelosi olmaqla Demokratların böyük  bir hissəsi Prezidentin vəzifədən ayrılanadək  təhlükəli qərarlar almasından narahatdırlar. Elə bu səbəblədə onlar  impiçment qərarında qəti görünürlər.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18