GünazTV Jan.14.2021 : “Təmsilçilər Məclisi Tramp üçün impiçment qərarını təsdiqlədi.”

2021-01-14 20:06

“Təmsilçilər Məclisi Tramp üçün impiçment qərarını təsdiqlədi.”

Gunaz.tv Quote | Gunaz article

“Təmsilçilər Məclisi Tramp üçün impiçment qərarını təsdiqlədi.”

Amerikanın Təmsilşilər məclisi Prezident Donald Trampın  “Qızışdırmaya təşviq” səbəbiylə impiçmentinə dair səsvermə keçirib layihəni qəbul etdi. Tramp, Amerika tarixində Təmsilçilər Məclisi tərəfindən impiçmenti yolunda ikinci dəfə barəsində qərar verilən ilk prezident oldu. Konqres binasının Tramp tərəfdarları tərəfindən  işgal edilməsindən bir həftə sonra  ali qurumun    alt qanadı olan Təmsilçilər Məclisindəki səsvermədə üzvülərin çoxu Trampın işdən qovulmasını dəstəklədi. Səsvermədən əvvəl yeddi Respublikaçı konqresmen Tramp əleyhinə səs verəcəklərini açıqlamışdı, amma səs verənlərin sayı 10 nəfər oldu. Tramp  barəsində 2019 ildə də eyni qərar verilmişdi. O zaman heç bir Respublikaçı ona qarşı dayanmamışdı. Trampı qoruyanlar da  Respublikaçıların çoxluq təşkil etdiyi Senat olmuşdu. Trampın siyasi düşməni sayılan Təmsilçilər Məçlisinin rəhbəri Nensi Pelosi “Tramp getməlidir. Prezident hamımızın sevdiyi xalqa istiqamətlənən açıq bir təhdid” ifadələrini istifadə edib. Ümumiyyətlə  Demokratlar Prezident haqqında çox  sərt danışıblar. Bəzi Respublikaçılar isə impiçment məsələsinin sürətlə aparılmasına etiraz etdilər. Dinləmələr gedən zaman milli qvardiyanın əsgərləri də konqresin dəhlizlərində  növbə çəkirdi.Konqresin içindən yayımlanan bu görüntü hələ uzun müdddət  müzakirə olunacaq. Senatdakı  Respublikaçıların lideri  Mitch McConnell açıqlamasında bunları dedi.

“Senat  bu günə qədər üç impiçment  mühakiməsi edib. Bunlar sırayla 83, 37 və 21 gün sürüb. Senat hətta bu həftə başlasa və sürətli irəlləsə belə Prezident Tramp vəzifədən ayrılanadək  yekun qərar olmayacaq. Bu mənim aldığım qərar deyil.Real olandır. İndi düşünürəm Bayden iqtidarı  qarşıdakı yeddi gündə təhlükəsiz bir  təhvil təslim prosseinə  fokuslanmalıdır”

 Bəs bundan sonra nə baş verəcək.Prossesə görə impiçment layihəsi Senata göndəriləcək. Təmsilçilər Məclisi rəhbəri  Nensi  Pelosi, sənədə baxılması üçün tarix barədə qərar verəcək. Senat isə 19 Yanvarda yəni Baydenin Prezidentlik inaqurasiyasının keçiriləcəyi  20  yanvardan   bir gün əvvələ qədər toplanmayacaq. Bu o deməkdir ki, Tramp öz Prezidentlik müddətini normal başa çatdıracaq. Başqa bir xəbərdə də deyilir ki, Trampın gələcəkdə Prezident seçkilərində iştirakına əngəl olmaq üçün Konqres daha bir layihəni  müzakirəyə çıxardacaq. Prezident Tramp isə bu gün tərəfdarlarına müraciət edərək şiddət addımlarından uzaq durmağa çağırdı.  Trapm tərəfdarlarının  3 noyabr seçkilərinin qalibi  Joe Baydeni  inaqurasiyası zamanı etiraz aksiyası keçirməyi planlaşdırdığı deyilir. ‘‘Şiddət, qanunları tapdamaq və ya vandallığın heç bir formasının yaşanmasını istəmirəm. Bu mənim ya da Amerikalıların dəstəklədiyi bir şey deyil. Bütün Amerikalılara müraciət edərək gərginliyi azaltmağa çağırıram”. Sitatın sonu. Xatırladaq ki, yanvarın 6-da Amerika paytaxtı Vaşinqtonda Prezident Tramp üçün keçirilən dəstək mitinqində etirazçılar polisləri və dəmir  baryerləri aşaraq zorla Konqres binasına girmiş və 3 Noyabr seçkilərinin qalibi olan Demokrat Joe Baydenin uğurunu təsdiqləmək üçün keçirilən toplantıya mane olmuşdular. Bu hadisələrdə biri polis olmaqla 5 nəfər həyatını itirdi.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Traxtur komandasının Asiya Çempionlar Liqasında rəqibləri bəlli oldu

2021-01-27

gun az article

Güneyli Anar adının türkcə olduğu üçün sənədsiz qalıb

2021-01-27

gun az article

İranda 4 min kaneks məktəb var- Bunların çox faizi Azərbaycan əyalətlərinin payına düşür

2021-01-27

gun az article

Azərbaycan İnsan Haqları Cəmiyyəti: Əlirza Fərşinin səsi olaq!

2021-01-27

gun az article

Ərdəbil divarlarında bir qalmaqalın izləri; Uşaq adları yalnız bir dildə deyil!

2021-01-27

gun az article

GünazTV Jan.26.2021- Özümüz:Xalq Fədayiləri və Azərbaycan Məsələsi

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 -GÜNDƏM MASASI: İranın populist siyasətində Güney Azərbaycan

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25