GünazTV Jan.16.2021 : Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

2021-01-16 21:29

Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.  

Azərbaycan Prezidenti İlham Əliyevin səhərin alatoranlığında avromabili  idarə edərək Azərbaycanın göz bəbəyi olan və Erməni işğalından azad edilən Şuşa şəhərinə doğru hərəkət etməsi xəbəri bir göz qırpımında bütün regiona yayıldı. Adətinə uyğun olaraq  Azərbaycan Prezidentinin çıxışını xanımı Mehriban Əliyeva çəkirdi.

Prezident İlham Əliyev Şuşaya doğru istiqamət alarkən, işğaldan azad edilmiş torpaqlarda hərəkət edərkən Xocalı rayonunun Sığnaq kəndində də olub. İlham Əliyev yaşayış yerlərinin birində Azərbaycan və Türkiyənin bayrağının asıldığını göstərərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı asılmış portretinə “iki qardaş!” deyərək reaksiya verib.Dövlət başçısı qeyd edib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyırdı. Bundan sonra onun yolu Daşaltı kəndindən keçməklə Şuşa şəhəri oldu.Şuşa şəhərində olduğu müddətdə isə dövlət başçısı ailəsi ilə birlikdə Şuşadakı məscidləri  ziyarət edib. Şuşadakı dağıdılmış mədəniyyət oçaqlarında olub. Şuşadan yayılan təsirli görüntülərdən biri də, 28 il əvvəl  işğal zamanı Şuşa şəhərindən çıxarılan  Xan qızı Natavanın, Bülbülün və Üzeyir Hacıbəyovun güllələnmiş  heykəllərinin  yerinə qoyulması oldu. Həmin heykəllər 28 il müddətində Bakıda İncəsənət Muzeyinin həyətində qorundu. Daha bir tarixi an yaşandı. Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfərində 39 il öncə həmin yerdə çəkdirdiyi fotonu nümayiş etdirdi. İlham Əliyev 1982-ci il iyulun 29-da Azərbaycanın 1-ci katibi olan, ümummilli lider Heydər Əliyevlə birlikdə bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak etmişdi. Sözügedən şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı çəkilib. O zaman 21 yaşı olan İlham Əliyev bu gün Şuşanı ermıni işğalından azad edən prezident kimi orda idi. O bu gün Şuşanın dağılmış şəhər olaraq görür və dərin köks ötürürdü. Təbii Azərbaycan lideri tezliklə Şuşanı cənnət məkana da çevirəcəyinə söz verir.

Nəhayət Cıdır düzü. 3 minə yaxın vətən oğulunun uğurunda qəhrəmancasına şəhid olduğu Qarabağ torpağı və Cıdır düzü! Cıdır düzündə Azərbaycan Prezidenti ailə üzvləri ilə birgə çay içib.

Prezidentin Şuşadan yaydığı mesaj isə daha təsirli oldu.  Azərbaycanlıların bundan sonrada tarixi torpaqlarında  əbədi yaşayacağını dedi.  

"Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir. Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".

Beləliklə Müzəffər Azərbaycan Ordusunun lideri İlham Əliyev Erməni işğalından azad etdiyi Dağlıq Qarabağın göz bəbəyi olan Şuşaya daxil  olan ilk prezident kimi də tarixə yazıldı. Qəhrəman Azərbaycan oğulları kimi. Təsadüfi deyilki  Vətən Müharibəsi qəhrəmanlığının simvolu kimi də məhz Cıdır düzündə yetişən Xarı Bülbül götürülüb.

Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-03-07

gun az article

Təbrizdə bahalığa qarşı etiraz aksiyası keçirilib

2021-03-06

gun az article

İranlı rəsmi iqtisadi problemlərin işıqlandırılmasını “mətbuatın şüytanlığı” adlandırıb+video

2021-03-06

gun az article

Kəndlilər Tikantəpə qızıl yatağının qeyri-standard fəaliyyətinə etiraz edir+video

2021-03-06

gun az article

Qəzvin əyalətində koronovirusa yoluxma sayında çoxalma qeydə alınıb

2021-03-06

gun az article

GünazTV March.05.2021: Körpü: Qadın və Müharibə

2021-03-06

gun az article

GünazTV March.05.2021-Azadlıq səsi: İranda seçki oyunlarina hazirliq

2021-03-06

gun az article

Ocanda qalın qar səbəbindən 100 kənd ətrafdan təcrid olub

2021-03-05

gun az article

İranda uçaq qaçırmağa cəhd olunub+video

2021-03-05

gun az article

Süngün mis mədəninin zəhərli tullantıları çaya buraxılır+video

2021-03-05

gun az article

İrandan Ermənistana hərbi texnikanın daşınması davam edir

2021-03-05

gun az article

İşgəncəyə məruz qalan mədəni fəal haqqında Azadlıq radiosu veriliş yayınlayıb+video

2021-03-05

gun az article

Saman Bidar Ərdəbil həbsxanasının istintaq təcridxanasına köçürülüb

2021-03-05

gun az article

Güneyli sosial şəbəkə istifadəçiləri mədəni fəala dəstək kampaniyası başladıblar

2021-03-05

gun az article

GünazTV March.04.2021-Sözümüz: Mən Dilimlə Yaşaram, Qarabağ Savaşından Sonra İranın Tutumu

2021-03-05

gun az article

GünazTV March.04.2021- Düşünməyə Çağırı: Millət Qurucuları

2021-03-05

gun az article

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

2021-03-04

gun az article

İran mətbuatında türklərə qarşı təhqirlərə cavab olaraq “Firdovsi”nin adı küçə lövhələrindən silinib

2021-03-04

gun az article

Həmədan əyalətində narkomaniya və oğurluq artıb

2021-03-04

gun az article

Son 24 saatda Qəzvində 125 nəfər koronovirusa yoluxub

2021-03-04