“Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”
Gunaz.tv
“Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Joe Bayden açıq formada dedi ki, İranın addımları cəzasız qalmamalıdır. Bayden, İranlı rəsmilərə “diqqətli olun” çağrışını da etdi. Bayden bu açıqlamanı Amerika ordusunun Suriyada, İrandan dəstəklənən qüvvələrə istiqamətlənən hava əməliyyatlarından sonra edib. Texasa səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Amerika Prezidenti, sözü gedən əməliyyatlarda Tehrandakı hakimiyyətə necə bir mesaj vermək istəyirsiz sualına belə cavab verdi. “Cəzadan qaçaraq can qurtara bilməzsiz.Diqqətli olun” Sitatın sonu. Baydenin bu ifadəsi, Suriya İraq sərhəddindəki bölgəyə Amerika qüvvələrinin həyata keçirdiyi hava əməliyyatlarından sonra mövzu ilə bağlı etdiyi ilk açıqlam oldu. Ağ evin mətbuat katibi Cen Psaki də daxil olmaqla hakimiyyətin digər rəsmiləri son açıqlamalarında, iki F-15 qırıcı təyyarəsi ilə həyata keçirilən və yeddi bombanın atıldığı əməliyyatın bir məqsədi olduğunu deyiblər. Bölgədəki Amerika qüvvələrini qorumaq. Amerikanın bu hərbi əməliyyatı, son iki həftədə Ərbil və Bağdadda həyata keçirilən raket hücumlarının cavabı kimi də görülür. İrana bağları olan qüvvələrin hədəf alındığı əməliyyatlarda 9 obyekt məhv edilib.Ən azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Digər tərəfdən, Bayden əməliyyat səbəbiylə öz qrupu daxilində bəzi insanlar tərəfindən tənqid olunub. Demokrat Senatir Tim Kaine etirazını belə bildirdi.“Amerikalıların, hakimiyyətin Konqreslə müzakirə etmədən attığı bu adımla bağlı qanunla öyrənməyə haqları var.Konqresin razılığını almadan aparılan hücum məqsədli hərbi əməliyyatlar, fövqəlada durum olmadıqca həyata keçirilə bilməz.” Ağ ev və Pentagon rəsmiləri bu etirazlara reaksiya verməkdə gecikmədi. Pentaqondan edilən açıqlamada, əməliyyatdan əvvəl Konqresin liderlərinin mövzu barədə məlumatlandırıldığı bildirildi. Dövlət Departamentinin sözcüsü Ned Price isə məsələyə belə münasibət bildirdi.
“Ned Price.ABŞ Dövlət Departamentinin sözcüsü. Prezident Bayden Oval ofisə gəlmədən əvvəl bildirmişdi ki, Amerika və İran üçün ən yaxşı danışıq masası P5+1 razılaşması ilə olacaq. Bu razılaşma üçün Avropa ölkələri də vasiyəçilik etməyə razıdılar. Mən bilirəm ki, Avropa ilə İran arasında bir neçə inkişaf olub. Biz əvvəldən demişik. Hələ də düşünürük ki, bu məsələdə ən yaxşı yol diplomatiyadır. Məhz diplomatik yolla biz İranın nüvə silahı əldə etməyəcəyini biləcəyik.”
Pentaqonun sözcüsü John Kirby jurnalistlərə açıqlamasında “bu tam mənasıyla, gələcəkdə Amerika qüvvələrinin və koalisiya qüvvələrini qoruya bilmək üçün hazırlanan müdafiə məqsədli hücumdur” deyib. Ağ Evin sözcüsü Cen Psaki isə təhdid olan yerlərdə prezidentin nə zaman və necə addım atmaq mövzusunda qərar vermək haqqı var deyib.
Qənirə Ataş, GÜNAZTV,Vaşinqton.