GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03 19:18

“Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

Gunaz.tv Quote | Gunaz article

“Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

  Amerika Birləşmiş Ştatlarının Prezdenti Coe Bayden, mayın sonunadək ölkədə hər kəsə yetəcək qədər vaksin olacağını söylədi. Bununla da Amerika vaksin mövzusundakı hədəfinə iki ay tez çatmış olur. Ölkənin ştatlarında peyvənd stoklarını təcili çoxaltmağa başladılar. Prezident, federal hökumətin gücündən istifadə edərək, müəllimlərin peyvəndlənməsini birinci sıraya daşıdı. Martın sonuna kimi bütün müəllimlərə ən az birinci dozada vaksin vurulacaq. Hakimiyyətin ilk addımlarından bir də məktəblərdə üz-üzə təhsili yenidən başlatmaqdır. Düşünülür ki, əgər müəllimlərə peyvənd vurularsa şagirdləri məktəbə qaytarmaq asanlaşacaq. Bayden dedi ki, peyvəndin tədarük edilməsi problemin bir tərəfidir, digər məsələ isə insanları bu prossesə cəlb etməkdir.Prezident düşünür ki, ölkə bütünlüklə normala gələn il məhz  bu vaxtlarda dönə bilər. Ağ Evin mətbuat katibi Cen Psaki də federal hökumətin ştatlara paylanan  Pfizer və Moderna vaksinlərinin miqdarının gələcək həftədən etibarən 15,2 milyon dozaya  çıxaracağını bildirdi. Əyalətlərdə bu həftə 2,8 milyon dozada  J&J firmasının hazırladığı vaksindən də göndəriləcək.Ümumiyyətlə dünyada olduğu kimi  Amerika Birləşmiş Ştatlarında da bir çox insanda corona virusu vaksininə qarşı etibarlılıq yüksək deyil.Bu səbəblə hökümət yayılan şayələrə son vermək üçün təlim proqramına başlayır.Amerika hökuməti həmçinin Corona virusu səbəbiylə  əhali üçün nəzərdə tutduğu 1,9 trilyon dollarlıq Corona yardım paketinə  baxmağa hazırlaşır.Bu həftə paketin müzakirəyə çıxarılacağı gözlənilir. Konqresdəki liderlər, pandemiya mübarizə aparmaqda və iqtisadiyyatı canlandırmaqda təsirli olması ümidi ilə təklif olunan paketi 14 martadək Prezident Coe Baydenin masasına qoymağı düşünürlər.Çünki məhz bu tarixdə dekabr ayında qüvvəyə minən işsizlik yardımı layihəsinin müddəti bitir. Bu paket  Prezident Bayden üçün çox vacibdir. Xatırladaq ki, Senatda demokrat partiyasının üzvülərinin hazırladığı layihə ailələrə 1,400 dollarlıq nəğd  yardımı ilə yanaşı məktəblərə və universitetlərə, Corona virusu peyvəndlərinə  test tətbiqinə milyonlarla dollar ödəməni nəzərdə tutur. Paketdə həmçinin uşaqlara baxmağa görə yardım,uşaqlı ailələrə vergi endirimi və az gəlirli vətəndaşlara  verilən federal tibbi siğorta olan Medicaid-in əhatəsini  genişləndirmə məqsədli addımlar yer alır.

Qənira Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Loristan əyalətində yol qəzası nəticəsində 5 nəfər ölüb

2021-04-17

gun az article

Qabi Aşkenazi: “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq çün əlimizdən gələn hər bir işi edəcəyik”

2021-04-17

gun az article

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

2021-04-17

gun az article

Rusiyada Ukraynanın konsulu saxlanıldı

2021-04-17

gun az article

Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17

gun az article

Şoyqudan Qarabağda mina AÇIQLAMASI

2021-04-17

gun az article

Dövlət Departamenti Rusiyanın sanksiyalarına reaksiya verdi

2021-04-17

gun az article

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

2021-04-17

gun az article

Bayden: “İranla danışıqlar davam edir”

2021-04-17

gun az article

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

2021-04-17

gun az article

Səfir Giorgi Cancqava: “Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”

2021-04-16

gun az article

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı

2021-04-16

gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16