GünazTV March.06.2021 : “Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

2021-03-06 20:10

“Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

Gunaz.tv Quote | Gunaz article

“Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

Amerika Birləşmiş Ştatlarında  Corona virusuna yoluxanların sayında bir müddətdir mərhələli eniş gözlənilirdi.Lakin yoluxma sayı son günlərdə 50 ilə 60 min arasında müşahidə edidi. Prezident Coe Baydenin  virusla mübarizə üzrə sözcüsü Dr. Anthony Fauci, ölkədə günlük yoluxma sayının 10 minin  altına düşmədən qabaqlayıcı tədbirləri azaltmaq olmaz dedi.

Amerikada ən son bir il əvvəl gündəlik yoluxma sayı 10 minin altında olmuşdu. Lakin oktyabrdan bəri gün ərzində yoluxma sayı 50 minin altına düşmədi. Dr. Fauci, CNN-ə açıqlamasında Birləşmş Ştatlarda gün içində azı  2 milyon dozada vaksin hazırlandığını dedi. Bunun yanı sıra o məhdudiyyətlərin mərhələli formada azaldılçalı olduğunu bildirdi.

“Dr. Anthony Fauci, Amerika Bİrləşmiş Ştatları Prezidentinin köməkçisi. Başa düşürəm həyat normala dönməlidir. Ancaq xüsusiylə gündə 55 min ilə  70 min arasında müşahidə edilən yoluxma sayı ilə qarşılaşarkən başqa qərarlar verməli olursan. İctimayyətin təhlükəsizliyi üçün düşünmədən yalnız özünüzü düşünərsəniz yanlış etmiş olursuz.”

 Faucinin bu açıqlamaları, Amerikada  bəzi ştatların pandemiya çərçivəsində yaranan məhdudiyyətləri azaltma və bəzi iş yerlərinin açılmağa başladığı dönəmə rast gəlindi. Araşdırmalar da virusun yeni ortaya çıxan variantlarının yeni bir dalğaya yol aça biləcəyini  göstərir. Amerikada masqa taxmaq da artıq siyasətin mövzusu olub. Texas  və Mississippi əyalətlərinin qubernatorları masqa məcburiyyətini ləğv etməyə qərar veriblər. Prezident Coe Bayden də bu qərarlara etiraz edib. Hətta irəli gedərək bu cür düşüncə tərzini ‘‘Neandertal’’ adlandırmışdı. Prezidentə görə masqa taxmaq hələ də vacibdir. Amerikanın xəstəliklərə nəzarət  və qarşısı alma mərkəzinin rəhbəri Dr. Rochelle Walensky, son açıqlamasında, “əyalət rəsmilərinin indiki durumda hər kəsi peyvənd almağa dəvət etməsi vacibdir” demişdi. Bu günə olan məlumata görə, Amerika Birləşmiş Ştatlarınını 34 ştatında masqa taxmaq məcburiyyəti var.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

2021-04-15

gun az article

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

2021-04-15

gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14