SON XƏBƏRLƏR

GünazTV May.01.2020: Amerika prezidenti Donald Tramp, coronovirusun Çindəki Vuhan Viroloji İnistitundan gəldiyini sübut edən dəlil gördüyünü dedi.

2021.10.20, 07:36
GünazTV May.01.2020: Amerika prezidenti  Donald Tramp, coronovirusun Çindəki Vuhan Viroloji İnistitundan gəldiyini sübut edən dəlil gördüyünü dedi.

Gunaz.tv

Amerika prezidenti  Donald Tramp, coronovirusun Çindəki Vuhan Viroloji İnistitundan gəldiyini sübut edən dəlil gördüyünü dedi. Sübutla bağlı detallara varmayan  Tramp, “Çin ya virusu dayandırmağı bacarmadı, ya da  yayılmasına  icazə verdi.” söylədi. Prezident, Ağ evdə virusun daha çox təsir etdiyi yaş qrupundan  insanlarla görüşərkən bir çox mövzuya toxundu.  Tramp, coronavirusunin necə yayıldığı barədə fərqli teorilərin olduğuna işarə edərək Çindən şübhəli olduğunu dedi.

“Çin xalqı agıllı xalqdır. Elmi və bir çox tərəfdən. Onlar  virusun qarşısını ala bilərdilər.Amma  Çinin rəhbərini birbaşa məsuluyyətli tuta bilmirık.Bəli, mən Çindəki labaratoriyalarla bağlı dəlil gördüm, lakin bunu sizə deyə bilmərəm. Bunu  deməyə icazəm yoxdur.Bu mövzu ilə bağlı fərqli  teorilər var. Həm elmi həm də kəşfiyyat məlumatları baxımından. Səhvmi etdilər, yoxsa qəzamı oldu! Dəqiq bilmirik.Amma yaxın zamanda bu sullara cavab tapacağıq.”

Tramp yenə də Dünya Səhiyyə təşkilatını ittiham etdi.Qrumu  Çinin piyar agenti kimi tanıtdı. Amerikanın Beynəlxalq Kəşfiyyat Direktorluğu da, kəşfiyyat camiyəsinin virusun insan tərəfındən hazırlanmadığı və  genetikasının dəyişdirilmiş   virus  olmadığı istiqamətində elmi məlumatları dəstəklədiyini bildirmişdi. Ancaq açıqlamada, virusun Vuhandakı laboraoriyada  bir qəza nəticəsində yayılmağa başlayıb  başlamadığı müəyyən etmək üçün  yenidən kəşfiyyat araşdırmasına müraciət edəcəklərini demişdi.Onu da deyək ki, Tramp administrasiyası  coronavirusu səbəi ilə Çinə  istiqamətlənən bəzi  embarqoları  dəyərləndirir. Dövlət Katibi Mayk Pompeo  da  Çinin Vuhandakı labaratoriyaya giriş  icazəsi vermədiyini deyərək, rəsmi Pekini şəffaf olmamaqda günahlandırmışdı. Amerika Prezidenti həmçinin virusa qarşı vaksin hazırlamaq üçün ölkənin sürətlə çalışdığını xatırlatdı.

“Vaksin üçün əlimizdən gələni edirik. Ümid edirəm bir vaksin hazırlaya bilər və onun sürətlə istehsalı üçün gücə sahib olarıq. Işıq Sürəti Əməliyyata  şəxsən özüm nəzarət edirəm.Bu işin məsuliyyəti də  mənim boyunumdadır.Özəl sektor, hökümət təşkilatları və  ordu, 2020 sonuna qədər 100 milyon doz vaksin hazırlamaq üçün birlikdə işləyəcək”.

Amerikanın beynəlxalq  allergiya inistitutunun direktoru  Doktor  Fauci də yanvardan etibarən    coronavirusa qarşı milyonlarla  vaksininin  hazır olacağını deyib.

Qənirə Ataş, GünazTV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar