GünazTV Nov.17.2020 : “Azərbaycan Prezidenti işğaldan azad edilən Xudafərin körpüsündə!”

2020-11-17 19:22

  “Azərbaycan Prezidenti işğaldan azad edilən Xudafərin körpüsündə!”

Gunaz.tv Quote | Gunaz article

  “Azərbaycan Prezidenti işğaldan azad edilən Xudafərin körpüsündə!”

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair Türkiyə Prezidentinin  göndərdiyi sənəd artıq müzakirədədir. Sənədə əsasən Türk Silahlı Qüvvələrinin Qarabağdakı ortaq müşahidə mərkəzində bir il xidmət etməsi nəzərdə tutulur. Sənəddə deyilir ki,  Türkiyə beynəlxalq hüquq və suverenlik haqları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən ona dəstək verib. Nəticədə Azərbaycanın əks-həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda yeni bir şərait yaradıb. Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən, bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub. Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb. Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə və Azərbaycan arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.Rəsmi Ankara Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin şərtlərindən irəli gələn öhdəliyi  yerinə yetirmək, atəşkəsin təsis edilməsi və pozulmasının qarşısının alınması, bölgədə sülh və sabitliyin əldə edilməsi məqsədilə Türkiyənin yüksək mənfəətlərini təsirli şəkildə qorumağı vəzifə edir.

 Ankaradan gələn xəbərləri Rusiya prezidenti Vladimir  Putinin köməkçisi Dmitry Peskov belə şərh edib. “Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq, Türk hərbçiləri oraya göndərilməlidir. Bu, Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurların həyata keçirilməsidir” Sitatın sonu.

 Azərbaycan Prezidenti İlham Əliyevin atdığı cəsur addım isə bütün azərbaycanlıların ürəyincə oldu. O, heç kimin gözləmədiyi anda xanımı ilə birlikdə işğaldan azad edilən torpaqlara gedib. Əvvəlcə Füzuli şəhərində sakinlərlə görüşüb, sonra  Cəbrayıl rayonuna gedib. Prezident  hərbi avtomabili idarə edən zaman hərbi geyimdə olan xanımı Mehriban Əliyeva da yol boyu, həm dövlət  başçısının fikirlərini çəkib, həm də erməni vandalizminin nəticələrini göstərib.

 Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərin dağıdılmasını ağrı ilə qeyd edərək  ölkəmizin  yaramaz düşmənlə üz-üzə olduğunu xatırladıb.

İlham Əliyev: Bax, budur Cəbrayıl şəhərinin mərkəzi

Yayılan kadrlardan o da görünür ki, Prezident Cəbrayıl şəhərində səngərləri ürək ağrısı ilə seyr edib, rayonla yaxından tanış olub. Azərbaycan bayrağının qarşında diz çökərək onu öpüb, daha sonra isə dalğalandırıb. Həmişəki kimi inamlı olan İlham Əliyev xalqa bir daha bunlarıda xatırlatdı. Biz Qarabağa dönüb, hər şeyi yenidən qurub yaradacağıq!

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton. 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın 9 şəhərində güclü qar və çovğun

2020-11-28

gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26