GünazTV Nov.19.2020 : “Rəsmi Bakı Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarından razı qalıb”

2020-11-19 19:38

“Rəsmi Bakı Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarından razı qalıb”

Gunaz.tv Quote | Gunaz article

“Rəsmi Bakı Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarından razı qalıb

“Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyini, Rusiya Prezidentinin müsahibəsinə şərhində açıqlayıb. Rusiya Prezidentinin şəxsi rolu,  9 Noyabr tarixli üçtərəfli bəyanatındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir. Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir. Rusiya dövləti Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi. Yerigəlmşkən Rusiya Prezidenti Ermənistan tərəfinin razılaşmanın şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı “böyük səhv” və hətta “intihar” kimi xarakterizə edib.

Qarabağdan qaçan ermənilər isə Yerevandan Xankəndiyə qayıtmaqda davam edir. Maraqlıdır ki, onlar Vardenis-Kəlbəcər-Ağdərə yolu ilə qayıdırlar, Laçın-Xankəndi yolu ilə yox. Müharıbədən əvvəl ermənilər şişirdilmiş rəqəmlərlə Xankəndidə 56 min sakinin olduğuni bildirirdilər. Hələ ki, cəmi 1500-1600 nəfər qayıdıb. Laçın dəhlizindən keçən “Russia Today” agentliyinin müxbiri isə, dəhlizin 19 kilometrinə Azərbaycan hərbçilərinin, qalan hissəsinə isə Rusiya sülhməramlılarının nəzarət etdiyini göstərib.Tərəflərin  qarşılıqlı anlaşma şəraitində heç bir gərginlik olmadan fəaliyyət göstərdiyi bildirilir.  BBC-nin Laçından hazırladığı süjetdən isə məlum olur ki, ermənilər kütləvi surətdə şəhəri tərk edir. Yerli sakinlər Laçında hərc-mərclik olduğunu bildiriblər. Azərbaycan isə işğaldan azad edilən bölgələrə işıq cəkir. Cəbrayıl və Hadruta işıq sürətiylə elektrik enerjisi verilib. Eyni zamanda bölgədə sürətli yol infrastrukturu salınır.

 

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın nüvə proqramının “sirli adamı” öldürülüb

2020-11-27

gun az article

Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına - Reaksiya

2020-11-27

gun az article

İranın "diplomat-casusu" məhkəmədə iştirakdan imtina edib

2020-11-27

gun az article

Belçikada İranlı "diplomat" terror ittihamı ilə mühakimə olunacaq

2020-11-27

gun az article

Azərbaycanda son sutkada 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

2020-11-27

gun az article

DSX: İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıb

2020-11-27

gun az article

Əhmədinejad: “Hicab qanunu ölkə əhalisinin əksəriyyətinin istəyinə uyğun olmalıdır”

2020-11-27

gun az article

İranda daha 406 ölüm halı ilə koronavirusdan dünyasını dəyişənlərin sayı 47 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-27

gun az article

İranda iş şəraitinə etiraz edən fəhləyə 74 şallaq zərbəsi vurulub

2020-11-27

gun az article

İsrail qırıcılarının Suriyada həyata keçirdiyi hava hücumunda “Sepah”ın 19 pakistanlı muzdlusu həlak olub

2020-11-27

gun az article

Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanıldı

2020-11-27

gun az article

Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

2020-11-27

gun az article

Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib

2020-11-27

gun az article

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləməyib

2020-11-27

gun az article

Türkiyənin müdafiə naziri Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini pisləyib

2020-11-26

gun az article

İranda daha 482 nəfər koronavirusdan ölüb, 13 961 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-26

gun az article

İranda həbsdə olan Avstraliya-İngiltərə vətəndaşı 3 iranlı terroristlə dəyişdirilib

2020-11-26

gun az article

Ruhani: “Bir neçə həftədən sonra quldurlar tarixin zibilliyinə atılacaqlar”

2020-11-26

gun az article

Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

2020-11-26

gun az article

MM-də Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün komissiya yaradılıb

2020-11-26