GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21 22:52

“Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”   

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”   

Bu gün qalib Azərbaycan dövləti müharibədə ona uduzan Ermənistanı onun tələbinə əməl etməyə məcbur etdi. Ermənistan ordusu 27 il əvvəl işğal etdiyi Ağdamdan səssiz səmirsiz çıxmağa məcbur edildi. Gecə saatlarından  Ağdamın bir addımlığında hazır  dayanan Azərbaycan ordusu, işgal altında olan Ağdama  daxil oldu. Bunla Ağdamın işöalına son verildi.

Qoşunlar hərəkət edir.

Ağdam şəhərinin  demık olarki 77 faizi işğal altında idi.1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilən şəhərin  azad edildiyini Azərbaycanın   müdafiə  nazirliyi rəsmən elan etdi. Azərbaycan ordusunun  27 ildir Ermənistanın işgalı altında olan Ağdam şəhərinə girdiyini rəsmi elan etdikdən sonar şanlı əsgərlər şəhərdəki yeganə yarımçıq tikili kimi qalan Ağdam məscidinin qarşısından Ali Baş komandana hərbi salam göndərdilər.

  Azərbaycan ordusunun və xarici kanalların Ağdamdan yayımladığı görüntülər sadəcə dəhşətli idi. Ermənistan  işgal dönəmində  Ağdamı  talan etməklə kifayətlənməyiblər. Şəhəri sözün əsl mənasında xarabalığa çeviriblər.Şəhərin  mərkəzi və kəndlərinin  çoxu xarabalıq və kimsəsiz idi. Azərbaycanın Daxili İşlər Naziri Ağdam Şəhər Polis idarəsini artıq  işğaldan azad edilən torpağa göndərdi. Ağdamda da komendant saatı tətəbiq olunub. Mina təmizləyənlərdə işə başlayıb. Ağdamın işğalına son veriləndən sonra Azərbaycan Prezidenti xalqa müraciət edərək "İndi   Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var" dedi.

"Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb. Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".

 Prezident İlham Əliyev çıxışında işğalçı Ermənistan dövlətinə və erməni xalqına çox vacib mesajlar verdi. Əgər Ermənistan müstəqil dövlət kimi ayaqda qalmaq istəyirsə, işğalşı və terrorçu niyyətlərindən vaz keçərək, qonşu dövlətlərlə sağlam münasibət qurmalıdır dedi. Prezident  həm də onu söylədiki, Azərbaycan Ermənistanın hərəkətlərini diqqətlə izləyəcək. Əgər Ermənistan bir daha Azərbaycana qarşı ərazi iddia səsələndirərsə o zaman on qat artıq cavabını alacaq. Xatırladaq ki, Azərbaycan ordusunun 27 sentyabrda başlatdığı  əks hücum əməliyyatlarında  5 rayon, 4 qəsəbə və 286  kənd  azad edəndən sonra Ermənistan təslim olmağı qəbul edib.İşgal altındakı Ağdam, Laçın və Kəlbəcər şəhərlərini qraffikə uyğun boşaldacağını vəd verib. Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin razılaşmasına görə, rəsmi İrəvan  Kəlbəcəri noyabrın 20-si,Laçını isə dekabrın 1-dək Azərbaycana təhvil verəcək.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02