GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23 20:07

“Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”     

Gunaz.tv Quote | Gunaz article

“Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”     

Azərbaycan ordusu işğaldan azad etdiyi Ağdamda təmizləmə və bərkitmə işləri aparır. Demək olar ki, Ağdamda hər yer dağıdılıb, bir dənə də olsun, salamat ev, daş üstündə daş qalmayıb. Bu azmış kimi, Ağdamın mərkəzinə gedən yolu da çıxarkən minalayıblar. Elə buna görə də, noyabrın 20-də rəşadətli Ordumuz Ağdama daxil olarkən, əvvəlcə mərkəzə qədər yollar minalardan təmizlənib, gediş-gəliş üçün təhlükəsizlik təmin olunub. Rayonda tək yarımcan qalan Ağdamın məşhur Cümə məscididir. Bu gün həm də Azərbaycan Prezidentinin  tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfər ediblər. Səfərdə 120-dən artıq diplomat iştirak edib.

Azərbaycan Qubadlı rayonun  Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində monitorinq aparılıb. Rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub.Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 santimetr olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində 2 hektar ərazidə salınmış eldar şamı və sərv ağaclarından ibarət park isə tamamilə məhv edilib. Rusiya Prezidenti Vladimir Putun bu gün bir daha bəyan edib ki, “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir.Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - deyə Putin bildirib. O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.Sitatın sonu.  Türk ordusunun Azərbaycana gəlişi ilə bağlı  Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın danışıb. “Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağ üzrə mərkəzdə olacaqlar. İbrahim Kalın  Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlərə də mesaj göndərib.Nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğuna susurlar. Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Miyana bölgəsində zəlzələ baş verib

2021-01-17

gun az article

Heyran gədiyində meşə yanğını davam edir+video

2021-01-17

gun az article

Bu gün axşam azərbaycanlı siyasi dustaq Yusif kariyə dəstək üçün Twitter fırtınası başladılacaq

2021-01-17

gun az article

İran Daxili İşlər Nazirliyi qeyri-fars yazılarla bağlı sərəncam yayıb

2021-01-17

gun az article

Ərdəbildə siyasi məhbusa dəstək: siyasi məhbus aclıq aksiyası keçirir

2021-01-17

gun az article

GünazTV Jan.16.2021 : Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

2021-01-16

gun az article

Güney Azərbaycanın bir sıra bölgələrində kaneks məktəbləri külək üçürüb+video

2021-01-16

gun az article

Qəzvində azərbaycanlı məhbus edam edilib

2021-01-16

gun az article

Bələdiyyə başçısının həbsindən sonra Urmu şəhərinin fərmandarı işdən çıxarıldı

2021-01-16

gun az article

14 il həbsə məhkum edilən azərbaycanlı məhbus: Kəşfiyyat idarəsi İranın məhkəmə sistemini girov götürüb+səs

2021-01-16

gun az article

Edama məhkum edilmiş azərbaycanlı alimin anası oğlunun günahsız olduğunu deyir

2021-01-16

gun az article

Milli fəal quru aclıq aksiyası keçirəcəyini deyib

2021-01-16

gun az article

GünazTV Jan.15.2021-Azadlıq səsi: Güney Azərbaycanın durumu

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Körpü: Moskvada Üçlü Görüş və Qarabağın Gələcəyi, Qarabağ Savaşının Güney Azərbaycanlı Məhkumları

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Paylaşım programı, 22-ci Bölüm.

2021-01-15

gun az article

Marağada iki azərbaycanlı fəalla qarşı cinayət işi açılıb

2021-01-15

gun az article

Human Rights Watch Güney Azərbaycan milli fəallarına qarşı basqıları pisləyib

2021-01-15

gun az article

Qızıl mədənləri yanında içməli suyu olmayan Azərbaycan kəndləri

2021-01-15

gun az article

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

2021-01-15

gun az article

Təbriz və Ərdəbil həbsxanalarında 3 nəfər edam edilib

2021-01-15