GünazTV Oct.10.2020 : Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Moskvada məsləhətləşmələrin yekunlarına dair birgə sənəd qəbul ediblər

2020-10-10 19:23

Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Moskvada məsləhətləşmələrin yekunlarına dair birgə sənəd qəbul ediblər

Gunaz.tv Quote | Gunaz article

 

Ermənistanın İşğal etdiyi Azərbaycan torpaqlarından çıxarmaq üçün Azərbaycanın apardığı anti-terror əməliyyatlarınını 14-cü günündə dünyanın gözü  münaqişə bölgəsindədir. 14-cü  gündə Azərbaycan ordusu Ermənistanın 30 ildə qurduğu istehkamları addım-addım sökməklə məşğuldur.14 gündür Azərbaycan ordusu dünyaya qəhrəmanlıq göstərərək Ermənistanın İşğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə məcbur edir və onların döyüş bölgəsində qoyub qaçdığı silaharı müsadirə edir.

İnterşum.

Azərbaycan ordusu bu gün işğaldan azad olunmuş Cəbrayıl rayonundan,Suqovuşandan və Talış kəndindən yeni görüntüləri payaşdı. Azərbaycan ordusunun qüvvətli bir formada irəllədiyi bir zamanda Ali Baş komandandan gələn açıqlama isə xalqı məmnun etdi. Təbii Azərbaycan Prezidenti gün ərzində CNN-də daxil olmaqla qərb mətbuatına açıqlama edərək, Azərbaycanın haqlı mövqeyini bir daha hər kəsə çatdırdı. Xalqa  müraciətində isə dövlət başçısının toxunduğu mövzular illərdir hər bir Azərbaycanlının qəlbində kök salmışdı.Azərbaycanın ərazi bütövlünün bütün dünya tərəfindən tanındığını deyən Azərbaycan prezidenti  haqq yolunda olduğumuzu xüsusi vurğuladı. İşğalçıların Dağlıq Qarabağda qanunsuz   “andiçmə” mərasimi keçirməsini xatırladaraq o hadisənin Azərbaycan cəmiyyətində böyük rezonans yaratdığını vurğuladı.

 "Biz bunu təhqir kimi qəbul etdik. Biz hamımız, istisnasız. Mənə də, yadımdadır, çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin baxsın, onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın, nə gündədir o”, - deyə Azərbaycan Prezidenti bildirib.

Prezident dedi ki, biz sülh danışıqlarının tərəfdarıyıq. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistanın baş naziri bunları rədd edir. Azərbaycan Prezidentinin Ermənistanın Baş Nazirinə hesablanan açıqlamaları xususi yer tutdu.

 Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri  Moskvada məsləhətləşmələrin yekunlarına dair birgə sənəd qəbul ediblər.Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov açıqlama etdi. O bəyan etdiki Dağlıq Qarabağla bağlı Moskvada aparılan danışıqlarda oktyabrın 10-u saat 12:00-dan etibarən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və meyarlarına uyğun olaraq, əsirlərin, eləcə də ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün humanitar məqsədlərlə atəşkəs barədə razılıq əldə edilib. Atəşkəs rejiminin parametrləri əlavə olaraq razılaşdırılacaq.Lavrovun sözlərinə görə, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllinə nail olmaq məqsədilə substantiv danışıqlara başlayırlar.Tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyirlər. Beləliklə ikinci Qarabağ müharibəsinin 14-cü günündə cəbhədə atəşkəs elan edildi.

 Qənirə Ataş, GunAZ TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21