GünazTV Oct.12.2020 : Bazar gününə keçən gecə, Azərbaycan xalqı üçün daha bir Erməni terroru ilə yadda qaldı.

2020-10-12 20:08

Bazar gününə keçən gecə, Azərbaycan xalqı üçün daha bir Erməni terroru ilə yadda qaldı.

Gunaz.tv Quote | Gunaz article

Bazar gününə keçən gecə, Azərbaycan xalqı üçün daha bir Erməni terroru ilə yadda qaldı. Ermənistan  silahlı qüvvələri gecə saat ikidə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raketlə hücum etdi. Ermənistandan birbaşa Gəncəyə istiqamətlənən raket düşdüyü yaşayış binasında 9 nəfərin ölümünə, 34 nəfərin isə yaralanmasına səbəb oldu. Körpə balalar dağıntılar altından yaralı çıxarıldı. Dünya hələ uzun müddət bu şəkillərə şahidlik edəcək. Ermənistanın bu vəhşiliyi Azərbaycan mətbuatı və Azərbaycanda olan xarici jirnalistlər tərəfindən dünyaya yayımlandı.

 Məsələn BBC-nini müxbiri Orla Guerin Gəncədən hazırladığı  reportajba Ermənistanın məhz yaşayış yerlərini hədəf almasının altını cızdı.“Yerli vaxtla gecə saat 2-də bu binaya hücum baş verəndə insanlar öz yerlərində yatmışdı.Biz yataqları və yorğanların ətrafa dağıldığını gördük. Partlayıcılar üzrə yerli ekspert hesab edir ki, burada istifadə olunmuş raket uzunmənzilli raketdir və Dağlıq Qarabağdan yox, Ermənistandan atılıb"Sitatın sonu.

Prezident İlham Əliyev tvitter hesabından yazdı ki, "Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib.İndiyədək hücumlar nəticəsində ümumilikdə Azərbaycanın 41 mülki şəxsi  həlak olub, 200 nəfərdən çoxinsan  isə yaralanıb.Prezident yazdıki, Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə Gəncəyə gedərək, dünyaya elə raketin düşdüyü ərazidən danışdı. Hikmət Hacıyev xarici jurnalistlərə deyir ki, Bakı atəşkəsi gözləməyə çalışır, lakin Ermənistan onun ölkəsinin mülki sakinlərinə hücum etməyə davam edərsə, Azərbaycan hərbi hədəflərə qarşı lazımi tədbirlər görməli olacaq. O, Ermənistanın iddialarının guya Bakın da atəşkəsi pozur xəbərini təkzib edib.

Ermənistanın terrorçu hücumu Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənilib.Ermənistan səhər saatlarında humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncə əleyhinə raket hücumunu kəskin şəkildə qınayırıq- Türkiyə Xarici İşlər Nazirliyinin  yaydığı bəyanatında belə  deyilir. Sənəddə o da yazılır ki, “Bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal olunmuş Azərbaycan ərazilərindən kənara yaymaq üçün etdiyi təxribatlarının yeni bir nümunəsidir, Bu hücum eyni zamanda, Ermənistan qanunsuz işğalını davam etdirmək üçün beynəlxalq humanitar hüququ pozmaqdan çəkinmədiyini və atəşkəs dilini anlamadığını göstərir”.Sitatın sonu.

Ermənistan ordusu humanitar atəşkəsi təmas xətində də mütamadi pozurdu. Müzəffər Azərbaycan ordusu onların bütün cəhdlərinin qarşısını aldı. Ermənilər xüsusi təxribat videolar yayaraq davamlı olaraq işğaldan azad olunmuş bəzi ərazilərin onlarda olması ilə bağlı video yaysalada niyyətlərinə çata bilmıdilər. Xarici mətbuata fake xəbərlər ötürməyi özünə peşə edən ermənilərin bu niyyətləri ifşa olundu. Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinindən, Suqovuşandan və Hadritdan  yeni görüntülər  paylaşdı.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə  ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Stéphane Visconti və Andrew Schofer ilə telefonla danışıb.Ceyhun Bayramov onları Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə məlumatlandırıb. “Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb". Ceyhun Bayramov “bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib”.İqor Popov yaranmış vəziyyətlə bağlı “narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb”.Stéphane Visconti yaranmış vəziyyətdən “təəssüf hissi keçirdiyini bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb, eləcə də ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini qeyd edib".Amerikalı həmsədr isə "bölgədəki gərginliyin humanitar atəşkəsin əldə edilməsindən sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb".

  Münaqişənin son vəziyyəti ilə bağlı önəmli açıqlama, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya kanalına verdiyi müsahibədən bəlli oldu. Rusiyanın RBK kanalına müsahibəsində danışıqlarda Rusiyanın rolu barədə suala cavab verib.  O söyləyib ki, Rusiya Minsk qrupunun həmsədri kimi ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir, həmçinin qonşu kimi, Azərbaycan və Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır.

"Biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı", Prezidentin saytında yazılıb. O qeyd edib ki, "Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir".

"Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində Yerevanın ayılması nəzərə alınmaqla, Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq."

Cənab Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan barədə deyib ki, "Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi.Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında döyüşlər   27 sentyabr səhərindən bəri davam edir. 28 sentyabrdan Azərbaycanda qismən səfərbərlik elan edilib. Xalq vətəni işğalçıdan azad etmək üçün Prezidentin ətrafında sıx birləşib, analar oğullarının  toya yola salar kimi, ürəklə göndərirlər.Azərbaycan ordusu əks hücum əməliyyatlarında xeyli uğura imza atıb. Ermənistan ordusu isə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qoyaraq, azərbaycanə təxribata cəlb etməyə çalışır.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20