GünazTV Oct.14.2020 : “Vətən müharibəsi davam edir. Azərbaycan ordusu Hadrutda taxdiğı bayrağı dünyaya göstərdi”

2020-10-14 19:50

“Vətən müharibəsi davam edir. Azərbaycan ordusu Hadrutda taxdiğı bayrağı dünyaya göstərdi”

Gunaz.tv Quote | Gunaz article

“Vətən müharibəsi davam edir. Azərbaycan ordusu Hadrutda taxdiğı bayrağı dünyaya göstərdi”

 Ermənistan ordusu bu gün də  humanitar atəşkəs rejimini  kobudcasına pozaraq, cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi açqılama edib. Ümumilikdə oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olub.Ordumuz cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib. Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır. Müdafiə nazirliyi bu gün həm də  Azərbaycan əsgərlərinin qəhrəmanlığı ilə bağlı açıqlama etmişdi. Əsgər Hünər Məmmədov, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmən ordusu isə həmişə olduğu kimi yenə də dünyada yalan  məlumat yaymaqla məşğuldu. Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır. Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir. Müdafiə Nazirliyimiz bildirir ki,  Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. "Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş aparmır ", - deyə məlumatda qeyd olunub. Müdafiə Nazirliyi bir daha qeyd edib ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Hadrutun işğaldan azad edilməsi Rusiya mətbuatında da geniş müzakirə olunur. Rusiyalı tanınmış jurnalist, siyasi ekspert Maksim Şevçenkonun APA agentliyinə müsahibəsində belə deyib.  “Fikrimcə, Azərbaycanla Ermənistan arasında elan olunan atəşkəs ya Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasına gətirib çıxarmalıdır, ya da müharibə yenidən bərpa olunacaq. Döyüş meydanında öz üstünlüyünü, vətənpərvər ruhunu göstərən Azərbaycan Ordusu irəli gedərək öz torpaqlarını azad edəcək, qan su yerinə axacaq. Baxın, əgər Azərbaycan Ordusu Hadrutu alıbsa, Hadrut Qarabağın darvazasıdır. Əgər Azərbaycanın qəhrəmanları Hadrutu götürüblərsə, düşünürəm ki, Qarabağı silah gücü ilə müdafiə edənlər üçün çox çətin olacaq. Fikrimcə, bu belədirsə, o zaman danışıqlarda tərəflərin mövqeləri artıq bərabər deyil”. Sitatın sonu. Haqq davamızda yanımızda olan Türkiyənin Xarici İşlər nazirliyi  bu gün bir daha  Azərbaycana dəstəyini nümaiş etdirib. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu  Türkiyədə səfərdə olan İsveç XİN-i Ann Linde ilə birgə mətbuat konfransında Lindenin “Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” bəyanatına  sərt etiraz edib.

“Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var. Həmsədrlər münaqişəni həll etmək üçün bu günə qədər konkret bir addım atmayıblar. Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var. Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir" 

Beləliklə müharibənin 15-ci günündə Azərbaycan ordusu hərbi üstünlüyü qorusa da, Moskvada əldə olunan humanitar atəşkəsin şərtlərinə əməl edir. Amma bu o demək deyil ki, ordumuz dayanacaq. Əskinə, Azərbaycan ordusu Ali Baş komandanın vəd etdiyi kimi, bütün torpaqları işğaldan azad edənədək  savaşacaq.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27

gun az article

Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27

gun az article

Milli fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi zindanına köçürülüb

2020-10-27

gun az article

Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27

gun az article

GünazTV Oct.26.2020: PARLAQ GƏLƏCƏK: Quzey Azərbaycan ordusunun zəfəri, Pan-İranizm’in kədəri

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26

gun az article

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26

gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24