GünazTV Oct.15.2020 : “Azərbaycan ordusu cəbhədə uğurla irəlləyir.Qərb dövlətləri və Rusiya Ermənistana dəstək olsa da Türkiyə Azərbaycanın yanındadır”.

2020-10-15 20:17

“Azərbaycan ordusu cəbhədə uğurla irəlləyir.Qərb dövlətləri və Rusiya Ermənistana dəstək olsa da Türkiyə Azərbaycanın yanındadır”.

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan ordusu cəbhədə uğurla irəlləyir.Qərb dövlətləri və Rusiya Ermənistana dəstək olsa da Türkiyə Azərbaycanın yanındadır”.

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin  hərbi texnikası məhv edilib. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayıb. Bu gün həm də General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs - Ermənistan ordusunun kapitanı, 44 yaşlı Ruben Sənəmyan zərərsizləşdirilib.Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi. Paytaxt Bakıda isə Azərbaycan Prezidentinin Köməkçisi Hikmət Haçıyev diplomatik korpus nümayəndələr  və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında önəmli açıqlamalar edib.Azərbaycan rəsmləri  Ermənilərin uzaq mənzilləri vurmaq üçün Kəlbəcər rayonu ərazisində iki ədəd raketi necə hazır vəziyyətə gətirdiklərini dünyaya nümaiş etdiriblər. Tochka U və üç ədəd Elbrus operativ-taktiki raket kompleksi təbii ordumuz tərəfindən zərərsizləşdirilib. Hərbi Hava Qüvvələrinin qərargahər rəisi İkram Əliyev deyib ki, Ermənistanın raket kompleksləri 300 km-dək məsafəyə zərbə vura bilir və onlar Qarabağ ərazisinə keçsəydi, raket Bakıya çata bilərdi.

Amma günün ən önəmli açıqlamaları Azərbaycan Prezidentindən gəldi. Türkiyənin Habertürk kanalına müsahibəsində prezident dedi, bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndi işğaldan azad edib və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Onun tvitter üzərindən etdiyi açıqlamada isə daha 7 kəndin işğaldan azad edildiyi göstərildi. İlham Əliyev sülhməramlı qüvvələrin cəlb edilməsi mövzusuna da toxunub.

 “Bizim razılığımız olmadan hər hansı ölkə sülhməramlı qüvvələrini bizim torpaqlara göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və qəbuledilməzdir. Ona görə də bizdə belə bir narahatlıq yoxdur. Belə səylər, istəklər ola bilər, mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan təməl prinsiplərində sülhməramlı qüvvələrin göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. İlk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin o torpaqlara qaytarılması, nəqliyyat əlaqələrinin bərpa edilməsi, sərhədlərin açılması, ticarət təmin edilməlidir. Ondan sonra sülhməramlı qüvvələrin gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 il ərzində biz müzakirə prosesində müsbət nəticəyə yaxınlaşmadıq, bu məsələ heç müzakirə də oluna bilməz. Ona görə də bu məsələ ilə bağlı hər hansı fərziyə, istək ola bilər, ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”.

ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə gəlincə, Prezident İlham Əliyev vurğulayıb ki, Minsk qrupunda elə ölkələr var ki, onlar bölgə ilə maraqlanmırlar. Ona görə də əgər biz bu münaqişənin həllində qardaş Türkiyənin olmasını görürük.

“Biz anlayırıq ki, Minsk Qrupu ATƏT tərəfindən qurulub və ATƏT-in öz qaydaları var. O Qrupun tərkibinin dəyişdirilməsi üçün yəqin ki, hansısa hüquqi prosedurlar var, biz o dərinliyə getmək istəmirik. Ona görə də mən demişəm ki, “de-yure”, ya “de-fakto”, fərq etməz, əsas odur ki, Türkiyə bu masada olsun və zatən var. Çünki Qarabağ məsələsi ilə bağlı əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan hörmətli Putinlə dəfələrlə görüşüb, dəfələrlə danışıb. Uzun illər, 10 ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir və mənim də bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Zatən, Türkiyə var, indi də daha çox, daha böyük həcmdə, miqyasda var. Bu gün hörmətli Mövlud Çavuşoğlu hörmətli Sergey Lavrovla, Türkiyənin Müdafiə naziri hörmətli Hulusi Akar Rusiya Müdafiə naziri hörmətli Sergey Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, bu məsələdə Türkiyə yoxdur? Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilməz. Bunu hər kəs anlamalıdır. Məsələnin formal tərəfinə gəlincə, bu formal tərəf qala bilər, Minsk Qrupu da qala bilər. Zatən 30 il ərzində bir nəticə hasil etmədi, ola bilər. Amma nə qədər tez bu məsələ çözülərsə, o qədər də tez Minsk Qrupuna ehtiyac qalmayacaq”.

    Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan da  telefon danışığında  humanitar atəşkəsə riayət olunmağın vacibliyini  vurğulayıblar.Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onlar həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün təcili  həmrəylik səylərinə ehtiyac görürlər. Amerika Birləşmiş Ştatlarında isə Dövlət Katibi Mayk Pompeyo isə münaqişə ilə bağlı bir cümlə deməklə kifayətlənib. “Bu səhər prezidentlə müzakirə etdik. Baş verənləri izləyirik.Düşünürük   avropa dövlətlərinin söylədiyi kimi atəşkəsin əldə olunması problemi həll etmək üçün ən birinci addımdır. Biz digər ölkələrdən bu konfiliktdən kənar durmağı xahiş edirik. Biz Türkiyənin Azərbaycana dəstəyini görürük. Yenə də deyirəm diplomatik yollarla atəşkəsin əldə olunması vacibdir.Düşünürəm bizim çabalarımız atəşkəsin əldə olunmasına və sonra da münaqişənin həll olunmasına kömək edəcək.” Sitatın sonu.  Tramp administrasiyası Ağ Evdə işləyən zaman Amerikadakı Azərbaycan icmasının üzvüləri binanın qarşısnda etiraz aksiyası keçiriridi. Paytaxt Vaşinqtonda “Black Life Matters” Plazada –   Azərbaycan icması Erməni təxribatlarına etiraz edərək, Azərbaycan Ordusuna Dəstək  nümaiş etdirdilər.

  Aksiyaya Birləşmiş Ştatların müxtəlif şəhərlərindən həmyerlilərimiz toplaşmışdı. Aksiya zamanı ermənilər təxribat törətməyə cəhd etsələr də həmyerlilərimiz təxribata uymayaraq Azərbaycan həqiqətlərini çatdırdılar. Ermənilərin dinc əhalinin yaşadığı Gəncə şəhərinə hücumu   pisləndi. Orda zərə görmüş və qətlə yetrilmiş ailələrin şəkilləri nümaiş olundu. Aksiyada Amerikadakı yəhudi icmasından da nümayəndələr olub.

Aksiyadan sonra həmyerlilərimiz  Avtomobillərlə Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında etiraz ediblər. Sonda Türkiyə Respublikasının Amerikadakı səfirliyinə gediblər. Türkiyə Səfirliyinin Nümayəndələri həmyerlilərimizə təşəkkür edib və hər zaman yanımızda olduqlarını bildiriblər.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27

gun az article

Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27

gun az article

Milli fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi zindanına köçürülüb

2020-10-27

gun az article

Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27

gun az article

GünazTV Oct.26.2020: PARLAQ GƏLƏCƏK: Quzey Azərbaycan ordusunun zəfəri, Pan-İranizm’in kədəri

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26

gun az article

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26

gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24