GünazTV Oct.16.2020 : “Əgər Ermənistan bizə təqvim verərsə,biz döyüş meydanında durmağa hazırıq”

2020-10-16 20:31

“Əgər Ermənistan bizə təqvim verərsə,biz döyüş meydanında durmağa hazırıq”

Gunaz.tv Quote | Gunaz article

Əgər Ermənistan bizə təqvim verərsə,biz döyüş meydanında durmağa hazırıq

   Rəşadətli Azərbaycan ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatınbulaq,Qarakollu Xocəvənd rayonunun Bulutan, Məlikcanlı,Kəmərtük,Təkə Tağaser kəndləri işğaldan azad edilib.Eşq olsun Azərbaycan ordusuna.Qarabağ Azərbaycandır! Azərbaycan prezidentinin səhər saatlarında atdığı bu tvit təbii, torpağını işğalçılardan xilas etmək üçün  müharibədə olan Azərvaycan xalqı üçün bayrama bərabər idi. Müjdə bununla bitmir.

 “Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumatlar verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan almaq və böyük əraziləri nəzarət Füzuli rayonunun 3, Xocavənd rayonun 5 kəndi işğalçılardan azad edildi. Deyə bilərəm ki, həm şimal, həm cənub istiqamətlərində, həm də şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir. Bu günə qədər 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər gələcək.

  Prezident döyüş meydanındakı vəziyyətlə bağlı Rusiyanın Ria Novosti agentliyinə açıqlamasında isə bunları deyib. "Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk” Sitatın Sonu. Dövlət başcısı rəsmi Bakınını baza prinsiplərinə hələ də sadiq olduğunu deyərkə, günümüzün mənzərəsinin də unudulmamasına işarə etdi.O, Ermənistan xalqına Azərbaycana inanmağa çağırdı. Düzgün məlumat bizdədir dedi. Rəsmi İrəvan üçün də önəmli mesajı vardı.

“Biz döyüş meydanında durmağa hazırıq, əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq ümumilikdə biz dayanmayacağıq. Biz istəyirik ki, hərbi mərhələ siyasi mərhələyə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanı inandıra bilərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək”

     Dövlət başçısı bu açıqlamanı edərkən Ermənistan ordusu  cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində aktiv döyüş şəraiti yaratmağa cəhd edib. Ordumuz isə təxribatların qarşısını alarkən düşmənə məxsus xeyli sayda canlı qüvvəsini zərəsizləşdirib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulduğu aydındır. Müdafiə nazirliyimiz xəbər veriri ki,düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursat və yanacağı tükənmək üzrədir.  Düşmən isə uğursuzluğunu təxribat xarakterli məlumatlar yaymaqla gizlətməyə çalışır. Ermənistan mətbuatı Azərbaycanən  Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə xəbər yaysa da bunun növbəti dezinformasiya olduğu qısa zamanda bəlli oldu. Ermənistan ordusu insanlığa qarşı vəhşi hərəkətlərindən əl çəkməyərək, Tətrtər rayonunda məzarlıqdakı dəfn məsasimini atəşə tutub. 5 dinc sakinimiz həlak olub, 4 nəfər isə ağır yaralanıb. Azərbaycanın apardığı əks hücum əməliyyatlarına Türkiyənin Müdafiə Nazirliyindən açıqlama gəlib. Ermənistanın həyata keçirdiyi müharibə və insanlıq cinayətlərini dünyaya çatdırmaqdan geri çəkilməyəcəyik. Mülki əhalinin yerləşdiyi yerləri hədəf alan misket və fosfor bombaları istifadə edən ermənistan indi də məzarlığa gələn mülki insanları vurdu.Ermənistanın bu cinayətinə artıq dur deməyin vaxtıdır. Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15