GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20 20:01

“Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

Oktyabrın 19-u  günə Azərbaycan Prezidentinin  rəsmi twitter hesabından etdiyi 3 ardıcıl açıqlama ilə  başladıq. Prezident elan etdi ki, Cəbrayıl rayonunun Soltanlı,Əmirvarlı, Maşanlı, Həsənli,Əlikeyxanlı,Qumlaq,Hacılı,Göyərçinveysəlli,Niyazqullar,Keçəl Məmmədli,Şahvəlli, Hacı İsmayıllı, İşıqlı kəndləri işğaldan azad edilib. Qarabağ Azərbaycandır! Dövlət başçısı digər tvitt açıqlamalarında isə bəyan etdi ki, Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqeylərini ağır artilleriyadan atəşə tutub. Bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərərk bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər də var.

Müdafiə Nazirliyi isə açıqlama etdi ki, Azərbaycan Ordusunun uğurlu əks hücum  döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.
Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır. Ermənistan silahlı qüvvələri  gün ərzində Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutub.  Bu zaman hadisə yerində olan Azərbaycan Dövlət Televiziyasının müxbiri Anar Şükürlü yaralanıb.

Tərtərdə pambıq zavoduna edilən hücum zamanı isə Türkiyənin Haber Global televiziyasının müxbiri orda olub. Onun gördüklərini sizə təqdim edirik.

Vətən Müharibəsində Azərbaycanın sözünü dünyaya çatdıran, prezidentin köməkçisi Hikmət Hacıyev bu  günkü açıqlamasında Birləşmiş Ştatların Azərbaycanda terror ola biləcəyi ilə bağlı xəbərdarlığına reaksiya verib. “Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub. Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır. Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın. Sitatın sonu.

   Prezident İlham Əliyev isə bu gün  "TASS" informasiya agentliyinə müsahibəsində müharibə ilə bağlı önəmli açıqlamalar edib. Prezident deyib ki, “biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız müqəddəratın təyini barədə danışır. Paşinyanın bu prinsipləri qəbul etmədiyini söyləyən Azərbaycan Prezidenti bunu söyləyib.

 “O, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək”.

Dövlət  başçısı qeyd edib ki, bu məsələ tezliklə razılaşdırıla bilər:

   “Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər”

    Prezident deyib ki, Ermənistanın keçmiş rəhbərliyi,bundan əvvəlki iki prezidenti ilə biz irəliyə çox böyük addımlar atmışdıq.Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi.Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Sitatin Sonu. Onu da deyək ki, Moskavada əldə olunan humanitar atəşkəs razılaşmasından sonra  nazirlər yenidən üz-üzə gələcək. Bu dəfə Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi  Mayk Pompeyonun dəvəti ilə oktyabrın 23-də Vaşinqtonda görüşəcəklər.

Ganira Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02