GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21 20:40

“Azərbaycanın şanlı ordusu  çç il sonra Zəngilanı işğaldan azad etdi!”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycanın şanlı ordusu  çç il sonra Zəngilanı işğaldan azad etdi!”

     Oktyabrın  20-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın şanlı ordusu cəbhədə irəlləyərək, Ermənistanın 30 ildir işğalda saxladığı Zəngilan rayonunu işğaldan azad etdi. Azərbaycan ordusunun bu şanlı uğuru barədə xalqı, Ali Baş Komandan Prezident İlham Əliyev məlumatlandırdı.

Dövlət başçısı xalqa müraciət edərkən, Azərbaycanda və düynada milyonlarla insan bu açıqlamanı izləyirdi. Sevincindən ağlayan kim, atılıb düşən kim. Hər kəs bu uğura görə  şanlı Azərbaycan əskərinə dualar edirdi. Elə bu zaman igid əskərlərimizin üç rəngli Azərbaycan bayrağını Zəngilanda ucaltmasının və Ali baş komandana hərbi  mərizəsinin videosu da yayıldı.

Azərbaycan prezidenti  xalqa müraciətində cəbhədə baş verənlərlə bağlı vacib açıqlamalar etdi. Xalqa xitabən, bilirəm hər gün mədən şad xəbər gözləyirsiz, amma bu uğurları əldə etmək asan başa gəlmir dedi. Prezident  bölgənin relyefinin  işğalçı Ermənistana  xidmet etdiyini xatırladaraq, ordumuzun bu uğurları hansı qəhrəmanlıqla əldə etdiyinə diqqət çəkdi. Digər tərəfdən isə, işğalçı Ermənistan 30 il ərsizdə, Azərbaycan yaşayış məntəqələrini xaraba qoymaqla yanaşı həm də yurdumuzda özlərinə güclü istehkamlar qurublar. Xüsusi beton  piltələrdən və yerin dərinliyində qazılmış siçovul yuvaları hazırlayıblar. Ali baş komandan dedi ki, hər şeyə rəğmən ordumuz işğalçıları geri çəkilməyə məcbur edir. Geri çəlikən zaman geridə buraxdıqları  hərbi silah sursat barədə dövlət başçısı   bunları dedi.

İşğalcı Ermənistan ordusu gün ərzində cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edib. Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.
Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb.  Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan ordusunun atəşi nəticəsində darmadağın edilib.246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.

Qənirə Ataş, Günaztv,Vaşinqton!

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02