GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22 19:39

“Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

Gunaz.tv Quote | Gunaz article

“Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

  Günün baş xəbəri təbii Azərbaycan Prezidenti İlham Əliyevin twitter üzərindən xalqa verdiyi şad xəbərlər oldu. Dövlət başçısı ardıcıl etdiyi açıqlamalarla bunları söylədi.Rəşadətli Azərbaycan ordusu Zəngilan rayonunun Micivan qəsəbəsi, Xurama, Xuramlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacılı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan,Məlkli, Cahangir bəyli, Baharlı kəndlərini işğaldan azad edib.  Ordumuz eyni zamanda Füzulinin 3, Cəbrayıl rayonunun isə 5 kəndinin yağı düşməndən geri alıb. Eşq olsun Azərbaycan ordusuna,Qarabağ Azərbaycandır!

   Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib. Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub. Bir sözlə ordumuz cəbhədə şərəflə irəlləyir.  Bu irəlləmə fonunda Rusiya tərəfi məsləhətləşmə aparmaq üçün Azərbaycanın Xarici İşlər Nazirini Moskvaya dəvət etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, oktyabrın 21-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub. Qeyd edək ki, Sergey  Lavrovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnat-sak-anyan arasında da oktyabrın 20-də Moskvada analoji görüş keçirilibErmənistanın Baş Naziri Nikol Paşinyan isə  ölkəsindəki gərginliyi və müharibə ilə bağlı vətəndaşların ruh düşkünlüyünü sübut edən daha bir açıqlama verib.  Paşinyan rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib.  "Bəs bu gün belə insanlar varmı? Var! Sadəcə qoşulub onların yanlarında durmalıyıq". Paşinyan "ya qələbə, ya da məğlubiyyət"dən başqa bir seçimin qalmadığını bildirib.Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa, könüllülər sırasına qoşulmağa və Baş Qərargahın əmri altında hərəkət etməyə çağırıb.Paşinyan çarəsiz qaldığını həmçinin məhv edilmiş "qəhrəmanları"nı yada salmaqla bir daha etiraf edib: "Monte Melkonyan, Tatul Krpeyan, Vazgen Sarkisyan və başqaları indi yeni nəslə göydən baxırlar və onlardan birinci Qarabağ müharibəsi zamanı göstərdikləri fədakarlığı gözləyirlər". Sitatın Sonu. Paşinyanın açıqlaması Azərbaycan  Prezidentin köməkçisi Hikmət Hacıyev cavab verdi.  “Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur”. Sitatın Sonu. Hikmət Hacıyev deyib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir: 

“Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır. Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir. Hikmət Hacıyev əlavə edib ki,  Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan edib. Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir”. 

Ganira Atash,GUNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02