GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26 19:43

“Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

26 Oktyabr  Bakı vaxtı ilə səhər saat 8-də Azərbaycanla Ermənistan arasında növbəti humanitar atəşkəs elan olundu. Bu barədə açıqlama Amerika Birləşmiş Ştatlarınını Dövlət Departamentindən gəldi. Dövlət Departamentinin açıqlamasında deyilir ki, müşavir Stephan Biegun, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə Vaşinqtonda ayrılıqda görüşərək, oktyabrın 10-da  Moskvada əldə olunan humanitar atəşkəsi bərpa etməklə bağlı razılaşıblar. Bəyanatda bildirilir ki,  Birləşmiş Ştatlar münaqişənin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin və Atət-in Minsk qrupunun həmsədrlərinin  iştirakı ilə sülh yolu ilə həllində maraqlıdır. Hətta belə bir görüş oktyabrın 29-da Cenevredə baş tutacaq. Bunun ardınca isə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald  Tramp rəsmi tvitter hesabından belə bir açıqlama etdi. “Mən Ermənistanın Baş Naziri Nikol Paşinyanı və Azərbaycanın Prezidenti İlahm Əliyevi təbrik edirəm. Onlar bu gecə saat 12-dən başlayaraq atəşkəsə əməl edəcəklər.Çoxlu insanın həyatı xilas olacaq. Mənim komandan Baş Katib Pompeyo, Stive Biegun və Milli Təhlükəsizlik müşaviri bu nəticənin əldə olunmasında əsas rol  alıblar”. Sitatın sonu. Amerikanın Milli Təhlükəsizlik Müşaviri Robert Obrienın tvitter üzərindən etdiyi açıqlama isə məsələyə daha da aydınlıq gətirdi. “Donlad Trampın  tapşırığı ilə mən Ermənistanin Xarici işlər naziri  Zohrab Mnatsakanyan  və Azərbaycanın xarici işlər naziri  Ceyhun Bayramovla, 5ci gün Ağ Evdə görüşdüm. Mən həmdə dünən Ermənistan baş naziri Nikol Paşinyan  və Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışdım. Atəşkəs  razılaşmasına  görə hamını təbrik edirəm. Hər iki ölkədən insan həyatları xilas olunacaq. Baş Katib Pompeyo və Stiven Biegun bu razılaşmada böyük rol oynayıblar. Bu razılaşmaya catdıqları üçün hamını təbrik edirəm. Sitatın Sonu. Xatırladaq ki, belə bir razılaşma oktyabrın 10-da Moskvada  da əldə olunmuşdu. Amma razılaşmanı ilk pozan elə  Ermənistan oldu. Ermənistan Gəncə şəhəridə dinc insanlara gecə saatlarında raketlə hücum edərək, onlarla mülki vətəndaşımızın  ölümünə səbəb olmuşdu.

Qənirə Ataş, Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21