GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26 19:50

“Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

Gunaz.tv Quote | Gunaz article

“Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilib, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilib. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıb. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcək.Prezident Ilham Əliyev belə deyib.

“Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.”

    Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil.Prezident deyib ki, Ermənistan 30 il ərzində danışıqlarda imitasiya etməklə  status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəmir. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı.

“ Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir.Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var.”

Prezident açıq dedi ki, Azərbaycan xalqı bilsin ki, biz torpaqlarımızı nəyin bahasına olsa da işğalçılardan azad edirik.

“Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil.Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir.”

Dövlət başçısı  bir  neçə yaşayış məskəninin işğaldan azad edildiyinin xəbərini də verdi. O Kəlbəcərin də adını çəkdi.

“  Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.”

Haqq yoludan dönməyəcəyini Azərbaycan xalqına söz verən Ali Baş Komandan müşavirədən az sonra Qubadlı rayonunun da işğaldan azad edildiyini rəsmi twitter hesabından açıqladı.

Qənirə Ataş,GünazTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21