GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27 19:50

“Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.

   Prezident Ilham Əliyev bir aydır davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı xalqa müraciət edib. Vətən müharibəsində  torpaqlarımızın işğalçılardan azad edildiyini deyən Ali Baş komandan Şanlı Azərbaycan Ordusunin bir çox yaşayış məntəqələrini düşməndən azad etdiyini xatırlatdı.Bprezident bu çıxışında tarixə baxış edərək Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasından tutumuş, ermənilərin bu çoğrafiyaya gətirilməsi, torpaqlarımızda dövlət qurmalarınadək bir çox məsələlərdən danışdı. Bir əsrə yaxındır dünyaya ayaq açan ermənilərin yaratdığı lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın fikirini dolaşdırırı.Prezident dedi ki, məhz buna görə, torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilib hələdə qüvvədədir.

“Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır.”

 Prezident daha sonra  münaqişənin həlli üçün aparılan beynəlxalq səylərin nəticəsiz qalmasından danışıdı. Bunun da əsas səbəbi danışıqlara cəlb edilən dövlətlərin Ermənistanın maraqlarına xidmət etməsidir.

“ Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.”

  Ermənistann Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma apdığını deyən Azərbaycan prezidenti  Cenevrə konvensiyalarına istinad edərək bunun cinayət olduğunu xatırlatdı.

“Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.”

 Ilham Əliyev açıq dedi ki, beynəlxalq aləmin məqsədi yalnız Ermənistanı xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bu fəaliyyət. Sitatın Sonu. Atəşkəslə bağlı açıqlama edən prezident dedi ki, atəşkəs  humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik.Amma hər dəfə Ermənistan bunu pozub.

“Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa, bu, bizi qane edə bilməz. Bu, birincisi.İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir.”

  İndiki mərhələdə Azərbaycanın mövqeyi məsələnin  hərbi-siyasi yollarla həll olunmasındadır. Prezidentin Türkiyənin F-16-ları ilə bağlı etdiyi açıqlama da önəmli idi.  “Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykinizi və baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o zaman  F-16-ları hər kəs görəcək. Ali Baş komandan xalqın  yumruq kimi onun ətrafında birləşməsindən qürurla danışdı və dedi ki,  müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02