GünazTV Sep.03.2020:“Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeyo İranla bağlı dünya ictimayyətinə müraciət etdi.”

2020-09-03 23:58

“Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeyo İranla bağlı dünya ictimayyətinə müraciət etdi.”

Gunaz.tv Quote | Gunaz article

“Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeyo İranla bağlı dünya ictimayyətinə müraciət etdi.”

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeo, bu gün keçirdiyi mətbuat konfransında Aralıq Dənizindəki hadisələrdə  bütün tərəfləri  gərginliyi azaltmağa çağırdı. Mike Pompeo  Kıbrızın yunan icmasının lideri  Nikos Anastasiadis ilə telefon danışığında, Amerika Birləşmiş Ştatlarının 33 ildir  Cənubi Kıbrıza tətbiq etdiyi "öldürücü olmayan silah" embarqosunu  2021 ildən müvəqqəti olaraq ləğv etməyə qərar verdiklərini bildirib. Mike Pompeo  twitter üzərindən etdiyi  etdiyi  mesajda da, “Kıbrıs Respublikası Aralıq Dənizində önəmli bir tərəfdaşdır.Təhlükəsizlik sahəsindəki  əməkdaşlığımızı dərinləşdirdiyimizi açıqlamaqdan məmnuniyyət  duyuram. Qarşıdakı il Kıbrıs  Respublikasına  öldürücü olmayan müdafiə silahları və xidmətlərinin satışı ilə bağlı embarqoları  qaldırırıq.” Sitatın sonu. O, mətbuat konfransında da bu mövqeyini qorumağa çalışdı. Lakin Türkiyə bu qərara sərt reaksiya göstərib. Rəsmi Ankara deyib ki, Amerikanın silah embarqosunu qaldırması bölgədə sülh  və təhlükəsiz ortamı zəhərləyir. Amerikanın Dövlət Katibi Belarusda yaşanan hadisələrə də reaksiya verdi. Amerika Birləşmiş Ştatları  Avropalı müttəfiqləri ilə birlikdə Belarusda insan haqlarını pozanlara qarşı embarqo tətbiq edəcəkləri ilə bağlı fikir bildirdi. Xatırladaq ki,  Reuters  agentliyi bir neçə gün əvvəl Birləşmiş Ştatların Belarusda adı şiddət olaylarında hallanan 7 rəsmi şəxsə qarşı  embarqo tətbiq edəcəyini açıqlamışdı.Dövlət Katibinin mətbuat konfransında üzərində dayandığı məsələlərdən biri də İranla bağlı oldu.Bu dəfə Amerikanın Baş diplomatı islam rejiminin Bəhayilərə etdiyi zülmü xatırlatdı.

   “ 40 il əvvəl bu ay İran rejimi Bəhayi Milli Ruhani məclisinin 9 üzvünü həbs etmişdi. O zamandan bəri həmin 9 insanın taleyi qaranlıq qaldı. Biz çox üzgünük. Çünki bilirk ki, həmən  9 insanın taleyi də digər 200 Bəhayi təriqətinin üzvü ilə eyni aqibət yaşayıb. İran rejimi bu insanları öz inanclarına görə edam edib.Biz beynəlxalq ictimayyətdən soruşuruq. İran rejimi nə zamana etdiyi hərəkətlərə görə məsuliyyət daşıyacaq”

Pompeyo Amerikanın İran siyasətində qərarlı olduğunu bir daha xatırlatdı. Xatırladaq ki, Birləşmiş Ştatların İrana yenidən silah embarqosu tətbiq etməklə bağlı təklifinə, BMT-dən gələn imtina, rəsmi Vaşinqtonu daha qətiyyətli addım atmağa vadar edib. Tramp hakimiyyəti yaxın günlərdə İranla bağlı siyasətinin yeni səhifələrini elan edəcəyini bildirib.

Qənirə Ataş,Günaztv,Vaşinqton.  

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23

gun az article

İranda daha 335 nəfər koronavirusdan vəfat edib, 6134 nəfər “Covid-19”a yoluxub

2020-10-23