GünazTV Sep.04.2020: “Amerika Birləşmiç Ştatlarından İrana qarşı yeni embarqolar!”

2020-09-04 19:01

“Amerika Birləşmiç Ştatlarından İrana qarşı yeni embarqolar!”

Gunaz.tv Quote | Gunaz article

“Amerika Birləşmiç Ştatlarından İrana qarşı yeni embarqolar!”

 Amerika Birləşmiş Ştatları, İranın neft, neft məhsulları  və neftkimya maddələri  ixraç etməsinə yardım etməkdə ittiham etdiyi  11 xarici  şirkətə embarqo tətbiq etdi. Amerika Birləşmiş Ştatlarının Maliyyə  Nazirliyi  mərkəzləri İran, Birləşmiş Ərəb Əmirlikləri və Çində olan 6 şirkətin qara siyahıya daxil olduğunu açıqladı. Açıqlamada açıq göstərilir ki, bu şirkətlər, İrana aid olan neftkimya məhsullarının daşınmasında və satışında aktiv  iştirak edirlər. Eyni zamanda bu şirkətlər Amerika  Birləşmiş Ştatlarının  qara siyahısında yer alan Hong Kong şirkəti  olan Triliance Petrochemicala da dəstək veririmiş.

 Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentində də  İranın neft və neftkimya sənayesi ilə əlaqəli işlədikləri iddiası ilə 5 şirkətə qarşı embarqo tətəbiq  etməyə başladı. Dövlət Departamenti həmçinin, qara siyahıda yer alan şirkətlərdən üçünün direktoruna da embarqo tətbiq edib. Birləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeo:

“Bu günkü addımlarımız, İranın terrorçu  və digər sabitliyi pozan fəaliyyətləri qidalandırmaq və qızışdırmaq üçün ehtiyaç duyduğu maliyyə mənbələrinə əlinin çatmasının qarşısını almaqdır.Biz bu embarqolarla bir daha göstəririk ki, Amerika Birləşmiş Ştatları İran mövzusunda qərarlıdır.”

 Embarqo siyahısında olanların Birləşmiş Ştatlardakı bütün  növ mal varlıqları dondurulur və Amerikalıların da bu insanlar və  qurumlarla işləməsi qadağan edilir.Amerikanın maliyyə nazirliyi  siyahıda adı keçən şirkətlərdən Zagros Petrochemicalın, Triliance şirkətinə bu il yüz minlərcə ton İran neftkimya məhsulu  satmağı qəbul etdiyini xəbər verdi. Triliance şirkəti məhz keçən ilin yanvarında Amerikanın qara siyahısına düşmüşdü. Səbəb isə odurki, şirkət  İranın neft məhsulları, xam  petrol və neftkimyasallara qarşılıq olaraq İran Beynəlxalq  Neft  Şirkətinə milyonlarla dollar transfer əmri vermişdi. Amerika Birləşmiş Ştatlarının Maliyyə  nazirliyinin açıqladığı siyahıda Birləşmiş Ərəb  Əmirliklərindən sərbəst bölgə şirkəti Petrotech və Dubai Muhtelif Emtia Mərkezi Şirkəti Trio Energy, Hong Kongdan Jingho Technology və Dynapex Energy, Çindən də Dinrin şirkətləri qara siyahıya adı düşən şirkətlərə kömək edirmiş. Maliyyə  Naziri Steven Mnuchin: “İran rejimi, regionda və dünyada terroru maliyyələşdirmək  və sülhü pozmaq məqsədiylə,  xarici  gündəmini nəzarətdə saxlamaq üçün maliyyə axtarır. İslam rejimi  neftkimyasal satışlarından əldə etdiyi gəlirləri məhz bu məqsəd üçün istifadə edir” Sitatın sonu.

 Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti   Donald Tramp  2018-də İranla beynəlxalq nüvə  razılaşmasından ölkəsini tək tərəfli olaraq geri  çəkmişdi. Səbəb isə rəsmi Tehranın  razılaşmanın şərtlərinə əməl etməməsi göstərilirdi.  Bunun ardınca isə  iki ölkə arasındakı gərginlik artmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının ardıcıl olaraq rəsmi Vaşinqtonun təklifinə yox deməsi isə Birləşmiş Ştatları təkbaşına qərarlar verməyə məcbur etdi.

Qənirə Ataş, Günaztv, Vaşinqton.  

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezident: Dağlıq Qarabağdakı ermənilər əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək

2020-10-22

gun az article

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

2020-10-22

gun az article

Prezident: “Əgər Ermənistan əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq”

2020-10-22

gun az article

Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur"

2020-10-22

gun az article

Ruhani: “Amerikada hər kəs prezident seçilsə İran millətinin qabağında baş əymək məcburiyyətində qalacaq”

2020-10-22

gun az article

İranda daha 304 nəfər koronavirusdan ölüb, 5471 nəfər xəstəliyə yoluxub

2020-10-22

gun az article

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

2020-10-22

gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20