GünazTV Sep.05.2020: Traxtur komandasının uğuru!

2020-09-05 18:39

Traxtur komandasının uğuru!

Gunaz.tv Quote | Gunaz article

Traxtur komandasının uğuru!

Cənubi Azərbaycanlıları təmsil edən Traxtor klubu, İranın Hazfi çempionu oldu. Traxtorun uğuru qısa zaman içində bütün dünyaya yayıldı.Təbii xəbər Türk dünyasında sevinclə qarşılandı. İran İslam rejiminin rəhbərliyində olan Güney Azərbaycanın Təbriz şəhərini təmsil edən Traxtor klubu təkcə  İranda deyil, bütün dünyadakı Türklərin qəlbində taxt qrub. Az sonra bunun səbəblərini də açıqlayacam.Hələlik klubun son uğuru barədə.Traxtor, İran Milli Kubokunun finalında rəqibi İstiklalı  3-2 fərqi ilə yenərək İran Milli  Kubokuna sahib olub.Traxtora   galibiyyəti gətirən qolları Xanzadə, Dejagah və Əkbər İmani vurub.Bu, klubun ilk uğuru deyildi. Onlar eyni uğuru 2013-2014 sezonunda da qazanmışdılar.Təbii ki, “Qızıl Qurdlar” ləqəbi alan Traxtorun bu qələbəsi, İranda Türk nüfuzun çoxluq olduğu  Güney Azərbaycanda  böyük sevinçlə qarşılandı. Komandanın uğuruna statondakı Azərbaycanlılar “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Təbriz,Bakı, Ankara biz hara farslar hara” şüarları səsləndirdilər.

İnterşum.

İran ərazisində yaşayan bütün türklər tərəfindən, o cümlədən də xüsulilə Cənubi Azərbaycanlıların dəstəklədiyi “Qızıl Qurdlar” kimlərdir? Sadəcə onu deyə bilərik ki, bu uğurdan sonra dünyanın müxtəlif ölkələrində bir çox insan Traxtor klubunu araşdırmağa başlayıb. Traxtor yəni “Qızıl Qurdlar”, İranda qurulan və Türklərin dəstəklədiyi futbol klubudur. Klubun rəngi  qırmızı və ağdır. Türk mədəniyyətində önəmli yeri olan qurd  klubun simvoludur. Traxtor, klubu sadəcə İrandakı azərbaycanlılar deyil,dünyadakı  türklər tərəfindən çox sıx təqib edilir. Traxtor futbol klubu olmaqla yanaşı həm də bir siyasi komandadır. Çünki İslam rejimi uzun illər boyunca 50 milyona yaxın sayları olan Azərbaycanlılara qarşı amansız siyasət aparıb. Cənubi Azərbaycanlıların yazmaq, oxumaq kimi səslərini ucaltmaq haqqları da əllərindən alınıb. Haqqını tələb edənlər isə islam rejimi təqib edərək zindanlara atır. Məhz Traxtor klubunun oyunlarında Cənubi Azərbaycanlılar səslərini ucaldır və dünyadan da onların səslərini eşitməyi gözləyirlər.

İnterşum.

 Bəs bu klub necə yaranıb? 1970-ci ildə qurulan zaman əsil adı  Başgâh-ı Futbol Traxtor Azərbaycan klubu olub. Klub İranın qərbindəki  Azərbaycan əyalətinin paytaxtı olan Təbrizdə yerləşir. 2001-2002 sezonunda qrupa düşən klub, 2009-2010 ildə də uğurlar qazanıb.Klubu 2018-ci ildə Məhəmməd Rıza Zunuzi alaraq adını Traxtor Azərbaycan olaraq dəyişdirib. Traxtor, İranda stadiona tərəfdar toplayan birinci klubdir. Onların mükəmməl oyunu kimi, İran rejiminə kafa tutmaları da ölkədə  xalq tərəfindən rəğbətlə qarşılanır. Klubun azarkeşləri də siyasiləşiblər. İslam rejiminin Azərbaycan və Türkiyə əleyhinə istənilən davranışı, klubun oyunlarında əksini tapır. Məsələn Türkiyənin hərbi əməliyyatlarına dəstək olaraq “Nə mutlu türküm deyənə”, Ermənistanın Azərbaycana hücumları zamanı isə “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər. İslam rejimi qadınların haqqlarını pozaraq, onların stadionda futbol izləməsinə icazə vermir. Traxtur komandası buna etiraz olaraq, elə son ugurları zamanı da “Azərbaycan qızları, göylərin ulduzları” şüarını səsləndirdilər.  “Nə mutlu türküm deyənə” kəlməsi isə İran rejiminə verilmis bir siyasi mesaj olaraq tarixə düşdü.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24

gun az article

"Sepah" Azərbaycan Respublikası ilə sərhədə onlarla tank gətirib- VİDEO

2020-10-24

gun az article

Abbas Lisani- Son görüş

2020-10-24

gun az article

Təbrizin İnqilab məhkəməsi 13 fəala qarşı çıxarılmış mülki vəsiqə qərarının məbləğini artırıb

2020-10-24

gun az article

GünazTV Oct.23.2020-Azadlıq Səsi: Qarabağda son durum və Güneydə həbs edilən milli-mədəni fəallar

2020-10-24

gun az article

GünazTV Oct.23.2020 : Qarabağ Muharibəsində Məğlub ermənistanın Son Durumu ,Azərbaycanın Zəfəri və Qarabağın Gələcəyi

2020-10-24

gun az article

Milli fəallar azadlığa çıxan Zeynal Tənhayi ilə görüşüblər

2020-10-23

gun az article

Güney azərbaycanlı 10 xanım fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-23

gun az article

Ərdəbilin petrokimya zavodunun işçiləri 7 aydır əməkhaqqı ala bilmirlər

2020-10-23

gun az article

Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23

gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22