GünazTV Sep.07.2020: “Dünyada Coronovirusun yayılmasında sürətli artım müşahidə olunur”

2020-09-07 23:56

“Dünyada Coronovirusun yayılmasında sürətli artım müşahidə olunur”

Gunaz.tv Quote | Gunaz article

“Dünyada Coronovirusun yayılmasında  sürətli artım müşahidə olunur”

   2020-cu il bitmək üzrədir.Lakin dünyanın bir ilə yaxındir  mübarizə apardığı coronovirus problemi hələ bitmək bilmir.Əgər 2020-ci ilin əvvəlində, virusun ilk dalğası fərqli ölkələrdə kütləvi ölümlərə səbəb olurdusa, sonrakı mərhələdə səngidi. Virus bir növ, nisbətən yatmış formaya keçdi.Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında hər kəs gigenik qaydalara riayət etməklə, sosial məsafəni qorumaqla özünü və ətrafını mühafizə etməyə çalışdı. Başda Amerika Birləşmiş Ştatları olmaqla, inkişaf etmiş ölkələr virusun yayılmasının qarşısını alacaq vaksinin axtarışındadır.Rəsmilərin dediyi kimi, vaksin qapıdadır. Amma qapıda həm də payız var. Mütəxəsislər isə proqnoz edir ki, payızda virusun yayılması genişlənəcək. Əslində, fərqli ölkələrdən gələn rəqəmlərə baxanda da bu aydın görünür. Məsələn dünyanın ikinci ən çox əhalisinə sahib olan ölkəsi Hindistanda, coronavirus qarşısıalınmaz sayda artıb.Son 24 saatda bu ölkədə 90.632 insan virusa yoluxub.Türkiyədə də may ayından bəri artım müşahidə olunur. Sentyabrın 5-dəki rəqəmlərdə 1673 yeni yoluxma aşkarlanıb.Bununlada Türkiyədə yoluxanların sayı sayı  278.228-ə çatıb. Son 24 saatda isı Türkiyədə coronavirus səbəbiylə 56 insan  yaşamını itirib. Bununlada Türkiyədə ümumilikdə ölənlərin sayı  6.620  nəfər oldu. İran İslam Respubliksaında da coronovirusa  yoluxanların sayında  sürətli artım var. İranda qeyri hökumət təşkilatı olan İran Xalq Mücahidləri təşkilatının açıqlamasına görə, bu günədək  ölənlərin sayı 99 min 600 nəfər olub. Lakin İslam rejimi real ölüm xəbərlərini gizlədərək, coronovirusun 22 min can aldığını yazır.

 Amerika birləşmiş Ştatlarında da rəqəmlər artım var. Son bir gündə Amerikada 43 min 725 nəfərdə virus aşkarlanıb, 903 insan isə həyatını itirib. Coronovirus səbəbiylə hökumətlə konqres arasında da fikir ayrılıqları yaranır. Birləşmiş Ştatların Maliyyə Naziri  Steven Mnuçin, Ağ evlə konqres arasında  federal dairələrə dekabr  ayına qədər mənbə tapılmasını təmin edən    razılaşmanın  olmasını mütləq sayır. Mnuçin hesab edir ki,  həftənin  sonunadək xərcləmələrlə bağlı layihə  qətiləşməlidir. Bu razılaşma  isə böyük ehtimal  hökumətin   sentyabrın 30-da   bağlanmasının qarşısını ala biləcək. Demokrat partiyadan gələn xəbərlərdə də deyilir ki, Təmsilcilər Məclisi rəhbəri Nancy Pelosi  ilə Mnuçin  arasında razılaşma olub. Lakin detallar bəlli deyil.

  Tərəflər coronavirusla bağlı yeni iqtisadi paketin müzakirəsini də düşünürlər.Coronavirusla bağlı hökumətin təklif etdiyi  5-ci iqtisadi paket uğursuz bitmişdi.Demokratlar paketin 2.2 trilyon dolar olmasını istəyir. Respublikaçılar isə bu rəqəmin yüksək olduğunu düşünür.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23

gun az article

İranda daha 335 nəfər koronavirusdan vəfat edib, 6134 nəfər “Covid-19”a yoluxub

2020-10-23