GünazTV Sep.11.2020: “11 Sentyabr hadisələrindən 19 il keçdi” “Amerika Birləşmiş Ştatlarının İran siyasətində yenilik ola bilər”

2020-09-11 18:47

“11 Sentyabr hadisələrindən 19 il keçdi” “Amerika Birləşmiş Ştatlarının İran siyasətində yenilik ola bilər”

Gunaz.tv Quote | Gunaz article

“11 Sentyabr hadisələrindən  19 il keçdi”

“Amerika Birləşmiş Ştatlarının İran siyasətində yenilik ola bilər”       

Bu gün dünyanın gedişatını dəyişən 11 sentyabr terror hadisəsindən 19 il keçir. 2001-ci ilin bu günkü tarixində terrorçuların qaçırdığı iki sərnişin təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin "əkiz qüllələr"inə, bir təyyarə isə Pentaqonun binasına çırpılmışdı. Terrorçular tərəfindən Pensilvaniyada qaçırılmış daha bir təyyarənin qəzaya düşərək partlaması ilə ümumilikdə həmin tarixdə 3 min insan həlak olmuşdu.Məhz bu hadisələr bütün dünyada şok effekti yaratmışdı. Çünki ən qüdrətli dövlət hesab olunan ABŞ-da belə miqyasda terror hadisəsinin reallaşdırıla biləcəyi inanılmaz idi. Bu hadisə ABŞ-ın qüdrəti barəsində o vaxtadək formalaşmış stereotipləri şübhə altına almaqla yanaşı, onun xarici və ümumilikdə qlobal siyasətdə yol vermiş nöqsanları da ortaya qoydu. Belə ki, terror aktının ekstremist islam dini altında fəaliyyət göstərən təşkilatlar  tərəfindən həyata keçirilməsi Amerikanın xüsusilə Yaxın və Orta Şərq regionunda apardığı siyasətə etiraz xarakteri daşıyıdığı barədə rəylər yaratmışdı. Düzdür, hadisələr baş verən andan etibarən müsəlman dövlətləri və aparıcı din xadimləri baş verənləri pisləsə də, reallıq ortada idi. Radikal islamçı qruplaşmalar Amerikanın  mövqeyinə qarşı açıq zərbə endirmişdilər.ABŞ da öz növbəsində terror aktının baş verdiyi ilk andan terrorçuların məhv edilməsi istiqamətində konkret güc siyasətinə start verdiyini bəyan etdi. Əslində hadisənin miqyası və xarakteri o dərəcədə kəskin idi və bütün bəşəriyyət üçün o qədər sarsıdıcı olmuşdu ki, demək olar ki, əksər dövlətlər ABŞ-a dəstək verməyə başladılar. Beləliklə də qlobal antiterror koalisiyası formalaşdı.Koalisiyanın ilk müdaxilə etdiyi ölkə Əfqanıstan oldu. Çünki 11 sentyabr hadisələrini törədən "Əl-Qaidə" terror təşkilatı əsasən bu ölkədə mənzillənmişdi. Koalisiyada hətta Rusiya da iştirak edirdi. Bu isə qlobal terror təhlükəsinin nə qədər ciddi olduğunu ortaya qoyurdu. Lakin uzun sürən mübarizədən sonra koalisiya qüyvvələri "Əl Qaidə"nin əsas mövqelərini sarsıda bilsələr də, onun tam məhv edilməsi mümkün olmadı. Təşkilat bu gün də qlobal terror şəbəkəsinin aktiv üzvlərindən biri kimi, müxtəlif ölkələrdə təzahür etməkdədir. Bu isə antiterror koalisiyasının lideri olan ABŞ-ın və onun əsas müttəfiqlərinin antiterror siyasətində ardıcıl olmamasını ortaya qoyur. 11 sentyabr ərəfəsində jurnalistlər qarşısına çıxan  Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp xarici siyasətə istiqamətlənən açıqlamalar etdi. O, Amerikanın başlatdığı terrorla mübarizə çərçivəsində 19 ildir müharibənin davam etdiyi Əfqanıstandan danışarkən, Dövlət Katibi Mayk Pompeyonun bu gecə Əfqanıstanda Talibanla sülh danışıqları aparmaq üçün Qətərin paytaxtı Dohaya gedəcəyini açıqladı. Pompeyonun bu səfərini tarixi baxımdan yüksək qiymətləndirən Amerika prezidenti dedi ki, fevraldan bəri Əfqanıstanda insan itkisi olmayıb. Bir müddətdir Talibanla əlaqələr qurduğunu deyən Amerika prezidenti hələlik problem yaşamadıqlarını dilə gətirdi. Prezident Iraqdakı Amerika əskərlərindən danışarkən onların  sayını  2 minə endirəcəklərini dedi.Suriyada  isə tam başqa mövqeydir.

“Suriyadan demək olarki çıxmışıq.Lakin nefti qoruyuruq. Nefti qorumaq üçün orda əsgərlərimiz qalıb.Sayları çox deyil. Kürtlərə kömək edirik. Neftə biz nəzarət etdiyimiz üçünonların yaşamını da daha gözəl hala gətiririk”

   Amerika Prezidenti sentyabrın 15-də Ağ  evdə imzalanması gözlənən  İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı normallaşma razılaşmasından da danışdı. Tramp dedi ki, bu sıraya yeni bir dövlət də qatıla bilər. Lakin ad açıqlanmadı.Amerika prezidenti Yaxın Şərqə sülh gələ bilər mesajını verdi.  Onun daha bir açıqlaması isə İran İslam Respublikası barədə oldu. Tramp dedi ki, əgər o yenidən Amerika prezidenti seçilərsə İranla razılaşa bilərlər.

“Məncə iki şey baş verəcək. Əgər biz seçkiləri udsaq İran çox qısa zamanda bizimlə razılaşma imzalayacaq.Məncə bu təxminən birinci həftədə olacaq. Gəlin biz özümüzə bir ay vaxt tanıyaq. İranın Umumidaxili məhsulunun həcmi 25 faiz azalıb. Bu onlara böyük zədə verib.Təbii İran da istəyir onların iqtisadiyyatı dirçəlsin.Onlar da istəyirlər  ölkələri uğurlu addımılar atsın.Amma iş görülməlidir.Məncə bu baş verəcək.”

Sual cavab bölümündə isə Amerika prezidentini özündən çıxaran sual oldu. Bob Woodwardın  yayıma çıxacaq kitabında, Donald Trampın fevral ayında coronavirusun   nə qədər  qorxulu olduğunu bildiyi halda,xalqı sakitləşdirmək üçün rahatlayan mesajlar verməsi yer alıb. Jurnalist nədən Amerika xalqına yalan danışdız? “Sualı soruşma  forman belə utandırıcıdır.Mən yalan demədim. Bob Woodward bunun pis bir şey olduğunu düşünübsə, dərhal bunun ictimayyətə açıqlamalı idi” Sitatın sonu. Watergate skandalını ortaya çıxaran jurnalist olaraq tanınan Woodward, Associated Press ajansına telefonla verdiyi açıqlamada, qələmə aldığı mövzunun ictimayi virusdan çox, siyasi  mövzusu olduğunu vurğulayıb.

Qənirə Ataş, Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17

gun az article

Tramp: “Heç bir halda İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

2020-09-16

gun az article

GünazTV Sep.16.2020: “İbrahim razılaşması Ortadoğuya nə vəd edir? Liderlərin açıqlaması!”

2020-09-16

gun az article

İran Trampın son təhdidi ilə bağlı BMT-yə müraciət edib

2020-09-16

gun az article

Ruhani BƏƏ və Bəhreynə xəbərdarlıq edib

2020-09-16

gun az article

Kirman əyalətində daha 5 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 794 nəfərə çatıb

2020-09-16

gun az article

Amerika iranlı və fələstinli hakerləri beynəlxalq axtarışa verib- FOTO

2020-09-16

gun az article

İranda daha 179 nəfər koronavirusdan vəfat edib, 2981 nəfər xəstəliyə yoluxub

2020-09-16

gun az article

Kirmanşah əyalətinin 8 şəhəri qırmızı vəziyyətdədir

2020-09-16