GünazTV Sep.14.2020: Muhafizakar düşncəyə sahib Əfganistanda 19 ildir qadın haqları ilə bağlı irəli sürülən bütün layihələr rədd edilib.

2020-09-14 18:17

Muhafizakar düşncəyə sahib Əfganistanda 19 ildir qadın haqları ilə bağlı irəli sürülən bütün layihələr rədd edilib.

Gunaz.tv Quote | Gunaz article

Qətərin paytaxtı Dohada Amerika Birləşmiş Ştatlarının iştirakı ilə Əfqanıstan hökuməti və Taliban  arasında keçirilən tarixi görüş uzun illərdir davam edən müharibəni sona çatdırmaq üçün bir umud oldu. Amerikanın Talibanla fevral ayında sülh razılaşması imzalamasından bəri Əfqanıstanda şiddət hadisəsi qeydə alınmamışdı. Xatırladaq ki, fevralın 29-da Donald Trampın  liderliyindəki  Birləşmiş Ştatlar hökuməti ilə Talibanın imzaladığı razılaşmada,Əfqanıstan hökuməti ilə muxalif Taliban liderləri arasında sülh  müzakirəsinə çağırış edilmişdi.Tərəflər, müzakərələrdən əvvəl həbs edilmiş  siyasilərin azad edliməsini şərt qoymuşdular.Əfganıstan hökuməti həbs etdiyi  5 min Taliban üzvünün sərbəst bıraxmağı ilk başda qəbul etməsə də, daha sonra razılaşmalı oldu. Sülh razılaşmasının hazırlanmasında  vəzifəli olan Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Halilzad, bu görüşlərin  bütün əfqanlar üçün xeyirli olacağını, bölgəyə və beynəlxalq təhlükəsizliyə xeyir verəcək sülh üçün tarixi  fürsət olduğunu  deyib. Amma  tərəflər arasında etimadsızlıq da var. Elə bu  səbəblə müzakirələrin və razılaşmanın gələcəyinin stabil olub olmayacağı bəlli deyil. Amerikanın Dövlət Katibi Mike Pompeo isə Taliban liderlerindən Molla Abdul Gani Baradar və digər Talib  üzvüləri ilə  görüşdü. Pompeoyo  Taliban rəsmilərini sülhü təmin etmək üçün yaranan fürsəti  dəyərləndirməyi və  tez bir zamanda atəşkəs razılaşması etməyə çağırdı. Müzakirələrdə   məqsəd qalıcı atəşkəsin əldə edilməsidir.Əfqan hökuməti atəşkəs şərtlərində qətiyyət  nümaiş etdirir.Hökumət və müharibə tərəfdarı olan qruplarla əməkdaşlıq edən on minlərlə  silahlı Taliban milislərinin, atəşkəsə necə boyun əyəcəkləri hələ bəlli deyil. Qadın haqqlarının qorunması da sülh danışıqlarında ilk sırada yer tutur. Muhafizakar  düşncəyə sahib Əfganistanda 19 ildir qadın haqları ilə bağlı irəli sürülən bütün layihələr rədd edilib.Yaxşı xəbər odur ki, Taliban liderləri qadın haqlarının qüvvəyə minməsinə, qızların məktəbə getməsinə  və qadınların iş həyatında və siyasətdə  yer almasına razılıq verib. Lakin  qadınlar hələ də prezident  ya da konstitusiya məhkəməsinə rəhbər ola bilməzlər. Associated Press-in sorğusuna görə, Əfqanıstandakı siyasi liderlerin çoxu Talibanın bu şərtini qəbul edir. Ancaq Əfqanıstanın  İnsan Haqları Komissiyasının  rəhbəri Sima Samar da daxil olmaqla  bir çox  hüquq müdafiəçisi qadınlara dünya qadın haqqlarının tanınmasını tələb edir. Narahatlıqlar bununla bitmir. Əfqanıstanın adı da dəyişdirilə bilər. İslam qaydalarına bağlı olan Taliban konstitusiyaya d dəyişiklik  tələb edir.Ölkənin yeni adının İslam Respublikası ya da İslam Birliyi olması da  müzkarə edilir. Müşadidəçilər isə hesab edirlər ki, sabiq Taliban döyüşçülərinin asanlıqla başda IŞİD olmaq üzrə  digər terrorçu  grupların tərkibinə keçə bilərlər. Bir sözlə, irəlidə hələ həll olunması vacib olan çox məslə var. Amerikanın hədəfi isə həm də 19 ildir davam edən müharibədən geri dönməkdir.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17

gun az article

Tramp: “Heç bir halda İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

2020-09-16

gun az article

GünazTV Sep.16.2020: “İbrahim razılaşması Ortadoğuya nə vəd edir? Liderlərin açıqlaması!”

2020-09-16

gun az article

İran Trampın son təhdidi ilə bağlı BMT-yə müraciət edib

2020-09-16

gun az article

Ruhani BƏƏ və Bəhreynə xəbərdarlıq edib

2020-09-16

gun az article

Kirman əyalətində daha 5 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 794 nəfərə çatıb

2020-09-16

gun az article

Amerika iranlı və fələstinli hakerləri beynəlxalq axtarışa verib- FOTO

2020-09-16

gun az article

İranda daha 179 nəfər koronavirusdan vəfat edib, 2981 nəfər xəstəliyə yoluxub

2020-09-16

gun az article

Kirmanşah əyalətinin 8 şəhəri qırmızı vəziyyətdədir

2020-09-16