GünazTV Sep.15.2020: “Amerikanın Kıbrısın Rum icması ilə görüşü, Türkiyənin etirazına səbəb oldu!”

2020-09-15 18:33

“Amerikanın Kıbrısın Rum icması ilə görüşü, Türkiyənin etirazına səbəb oldu!”

Gunaz.tv Quote | Gunaz article

“Amerikanın Kıbrısın Rum icması ilə görüşü, Türkiyənin etirazına səbəb oldu!”

Dohadan  sonra Kıbrısa gələn Amerika Birləşmiş Ştatlarının Dövlət  Katibi Mayk Pompeyo Aralıq Dənizində baş verənlərlə bağlı  önəmli açıqlamalar  edib. Amerikanın Dövlət Katibi  ölkəsinin  Türkiyənin Aralıq Dənizindəki fəaliyyətindən rahatsız olduğunu deyib. Cənubi  Kıbrısda  keçirdiyi görüşlər  çərçivəsində, Rumların lideri  Nicos Anastasiadeslə görüşündə isə  deyib ki, Türkiyə və  Yunanıstan  yaranmış  böhranı  diplomatik  yolla həll etməlidirlər. “Bölgədəki ölkələr enerji, təhlükəsizlik   və dənizlə bağlı   mövzuları  diplomatik və dialoq yoluyla həll etməlidirlər” Sitatın sonu. Amerikanın Dövlət katibi  deyib ki, regionda yaranan bu gərginlikdən başqa qüvvələr istifadə edə bilər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları Türkiyənin apardığı əməliyyatlardan da dərin narahatlıq keçirir.Pompeyo  Güney Kıbrısın da təbii sərvətlərindən istifadə etməyə haqqı olduğunu xatırladıb. Amerika Birləşmiş Ştatları və Cənubi  Kıbrısın  Rum kəsimi arasında “Qara, Açıq Dənizlər və Liman Təhlükəsizliyi  Mərkəzi” qurulmasına dair razılaşmanın imzalanmasına  rəsmi Ankaradan sərt reaksiya gəlib.Türkiyənin Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy  razılaşmanın  imzalanmasını, Şimali Kıbrıs Türk Cumhuriyyətini yox sayma mənasına gəldiyini bildirib. Hami Aksoy mövzuyla bağlı olaraq bunları deyib.  “12 Sentyabr  2020 tarixində Cənubi Kıbrısın rum nümayəndəliyi  ilə Amerika arasında imzalanan  sənəd Kıbrısın  Türk icmasını yoxa saymaqdır. Bu  razılaşma  Aralıq dənizində  sülhə xidmət etməyəcək və Kıbrıs məsələsinin həllinə də zərər verəcək. Amerikanın  son dönəmdə  Kıbrısa qarşı  silah embarqosunu qaldırmaq və Rum tərəfini hərbi təlim proqramına daxil etmək  üçün atdığı addımlar  adadakı iki xalq arasındaki bərbaərliyi  pozmaqla yanaşı  Aralıq dənizində də  gərginliyi artırmaqda rol alacaq”.Sitatın sonu.Xatırladaq ki, Türkiyənin Aralıq Dənizinə  iki araşdırma gəmisini göndərməsi Yunanıstan və Güney Kıbrısın  etirazına səbəb olub. Bu məsələdə Fransa da Yunanıstana dəstək verir. 

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

2021-05-06

gun az article

Bu tarixdən 18 yaşına çatmış hər kəs vaksin vurdura biləcək

2021-05-06

gun az article

Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır”

2021-05-06

gun az article

Koçaryanın Paşinyana qarşı iddiası əsasında məhkəmə başlayıb

2021-05-06

gun az article

Azərbaycanda son sutkada 2057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

2021-05-06

gun az article

İranın Hormozqan əyalətində tikilmiş yeni raket bazasının peykdən çəkilmiş şəkilləri yayılıb - FOTO

2021-05-06

gun az article

Bağdadda İran rəhbərlərinin şəkilləri yığışdırıldı-Baş nazir göstəriş verdi

2021-05-06

gun az article

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik

2021-05-06

gun az article

Ermənistanın Qarabağ məğlubiyyəti: 1580 cinayət işi açılıb, 628 nəfər istintaqa cəlb edilib

2021-05-06

gun az article

Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

2021-05-06

gun az article

İranda koronavirusdan daha 338 nəfər vəfat edib, 18 409 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-06

gun az article

Prezident: "Gələn il Türk Şurasına sədrlik Qırğızıstana keçəcək"

2021-05-06

gun az article

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəisi təyin edilib

2021-05-06

gun az article

Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edilib

2021-05-06

gun az article

Sergey Lavrov: "Qarabağda vəziyyət normallaşıb"

2021-05-06

gun az article

"İranda koronavirusun mutasiya etmiş Hindistan və Afrika ştammlarına yoluxma halları aşkarlanıb”-Səhiyyə naziri

2021-05-06

gun az article

Ağdamın Qarapirimli kəndi - VİDEO

2021-05-06

gun az article

Səhiyyə naziri əvəzi: "Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir"

2021-05-06

gun az article

Bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq-QƏRARGAH

2021-05-06

gun az article

Yaqut Qarayeva: "Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır"

2021-05-06