GünazTV Sep.16.2020: “İbrahim razılaşması Ortadoğuya nə vəd edir? Liderlərin açıqlaması!”

2020-09-16 18:01

“İbrahim razılaşması Ortadoğuya nə vəd edir? Liderlərin açıqlaması!”

Gunaz.tv Quote | Gunaz article

“İbrahim razılaşması Ortadoğuya nə vəd edir? Liderlərin açıqlaması!” 

İsrail,Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə normallaşma razılaşması imzalandı.Amerika prezidenti Donald Tramp imza mərasimində  “Ortadoğuda sülh üçün tarixi bir gün” dedi.Prezident Tramp Ağ Evin  balkonundan imza törəni üçün baxçada toplanan 700-dən artıq dəvətliyə xitap edərkən onu İsrailin  Baş Naziri  Benyamin Netanyahu, BƏƏ Xarici İşlər Naziri  Abdullah bin Zayid və Bəhreynin Xarici İşlər Naziri Halid bin Ahmed El Halife müşayət edirdi.

“Tarixin gedişini  dəyişdirmək üçün bura toplanmışıq.İllərlə davam edən ayrımçılıq siyasəti və toqquşmaların ardından Ortadoğu üçün yeni bir  doğuş müddətini  başladırıq”

 “Bu gün tarixi bir gündür. Yeni bir sülhün başlandığı xəbərini veririk.Qarşı qarşıya olduğumuz bütün çətinliklərə rəğmən hamılıqla bu önəmli günü təqdir edək ”

 BƏƏ rəsmisi isə “Amerika  liderlik  edərək Ortadoğuda  vacib bir rol alır.İmzaladığımız sənəd  bunun sübutudur” dedi. Sonra İsrail ilə BƏƏ arasında diplomatik  münasibətləri əks etdirən razılaşma mətni, Bəhreyn ilə münasibətlərin normallaşmasını əsas götürən razılaşma və son olaraq da Amerikanın da iştirakı ilə üç tək Allahlı dinin peygəmbərləri arasında yer alan Hz. İbrahimin adını daşıyan “İbrahim  anlaşması” imzalandı. Sənədlər ingilis, ibrani və ərəbcə  olmaq üzrə üç dildə imzalandı.

Toplantıdan əvvəl Ağ Evin  Oval Ofisdə Amerika prezidenti Donald Tramp, İsrail ilə beş ya da altı ölkənin bənzər anlaşmalar imzalaya biləcəyini xəbər verdi.İsrail ilə normallaşma qarşılığında Amerikanın Birləşmiş Ərəb Əmirliyinə  F-35 döyüş təyyarələri, Reaper dron  və Glower adı verilen elektronik döyüş təyyarəsi satacağı gündəmə gəlmişdi.Donald  Trump  jurnalistlərin suallarına cavab verərkən  “bunun asan  olacağını düşünürəm”desə də, Təmsilcilər Məclisinin Rəhbəri  Nensi Pelosi, 'Konqres  İsrailin Ortadoğuda hərbi  üstünlüyünü qoruya bildiyindən əmin olmaq istəyir'' sözləriylə BƏƏ-nə müasir  silahların satılmasının bölgədəki hərbi vəziyyəti təsirləndirəcəyinə diqqət çəkdi. Ağ  evdə bu toplantı gedərkən  İsrailin cənubunda da  sirena səsləri yüksəlib. Həmasın rəhbərliyindəki  Qəzzadan raket atılmasının ardından İsrailin güneyindən də xəbərdarlıq səsləri eşidilib.Təbii fələstinlilər razılaşmaya sərt reaksiya göstərib. Fələstinli fəallar Qəzza və Batı Şeriada etiraz aksiyaları keçirib.Ağ evdə toplanan liderlərin şəkillərinə od vurulub.Fələstinlilər düşünür ki, bu razılaşma yalnız İsrailin xeyrinədir. Hadisələri şərh edən beynəlxalq müşahidəçilər isə deyir ki, razılaşmanın əsl hədəfi  İran olsa da ikinci hədəf  Türkiyədir.Avropa Birliyi ölkələri, Ürdün, Misir kimi dövlətlət razılaşmanı təqdir etsələr də, Türkiyə sərt reaksiya göstərdi. Rəsmi Ankara, anlaşmanın Fələstinlilərin haqq davasına zərbə kimi görür. Xatırladaq ki, bu razılaşma son 26 ildə Ortadoğuda  ilk sülh müqaviləsidir.Ən son  1993-cü ildə  Amerika Prezidenti  Bill Clintonun vasitəçiliyi ilə  İsrail ilə  fələstin arasında  Oslo razılaşması imzalanmışdı. 

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17

gun az article

Tramp: “Heç bir halda İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

2020-09-16

gun az article

İran Trampın son təhdidi ilə bağlı BMT-yə müraciət edib

2020-09-16

gun az article

Ruhani BƏƏ və Bəhreynə xəbərdarlıq edib

2020-09-16

gun az article

Kirman əyalətində daha 5 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 794 nəfərə çatıb

2020-09-16

gun az article

Amerika iranlı və fələstinli hakerləri beynəlxalq axtarışa verib- FOTO

2020-09-16

gun az article

İranda daha 179 nəfər koronavirusdan vəfat edib, 2981 nəfər xəstəliyə yoluxub

2020-09-16

gun az article

Kirmanşah əyalətinin 8 şəhəri qırmızı vəziyyətdədir

2020-09-16